AFFA nın “Yaşıl top” sosial layihəsi
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Yaşıl top” sosial layihəsi çərçivəsində növbəti maarifləndirici görüş Bakı şəhəri Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə təşkil olunub.
AFFA-dan verilən məlumata görə, mərasimdə şagirdlərə ətraf mühitin qorunması, ekoloji məsuliyyət, dayanıqlı inkişaf və sağlam həyat tərzinin əhəmiyyəti barədə məlumat verilib. Mövzular ətrafında interaktiv müzakirələr aparılıb. Layihənin əsas məqsədi uşaqlar və yeniyetmələr arasında ekoloji məsuliyyət hissini gücləndirmək, ətraf mühitin qorunmasına töhfə vermək və futbol vasitəsilə sağlam, dayanıqlı həyat tərzini təşviq etməkdir.
Mərasimin sonunda Qara Qarayev tərəfindən məktəbə xatirə olaraq imzalı futbol topu hədiyyə edilib. Şagirdlərə sabiq futbolçunun imzalı fotoları təqdim olunub və xatirə şəkilləri çəkdirilib. Axırda iştirakçılar məktəbin həyətində keçirilən ağacəkmə aksiyasına qatılıblar.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 25 Noyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















