Icma.az
close
up
RU
İspaniyalı mütəxəssis: “Sabah”ın infrastrukturuna La Liqanın bir çox klubu həsəd aparar”

İspaniyalı mütəxəssis: “Sabah”ın infrastrukturuna La Liqanın bir çox klubu həsəd aparar”

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın “Sabah” futbol klubunun tibbi xidmətinin rəhbəri Mateo Peres Lopes komandanın infrastrukturunu yüksək qiymətləndirib, Azərbaycandakı iş şəraitinin xüsusiyyətlərindən danışıb və Çempionlar Liqasının əsas mərhələsində “Barselona” ilə keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.

İdman.Biz xəbər verir ki, Madrid təmsilçisi olan mütəxəssis İspaniyanın “AS” nəşrinə müsahibəsində cəmi iki mövsüm əvvəl İspaniyanın dördüncü divizionunda çıxış edən klubda fizioterapevt kimi çalışdığını, Azərbaycan klubunda yaradılan şəraitin isə onu heyrətləndirdiyini etiraf edib.

“İnfrastruktur möhtəşəmdir. Əməkdaşlarımızın sayı çox deyil, lakin infrastruktur baxımından klub ən yüksək səviyyədədir. Deyərdim ki, burada İspaniyanın yüksək divizionunda çıxış edən bir çox komandanın həsəd aparacağı şərait var. Tibbi resurslara gəlincə, azsaylı heyətimiz olduğunu nəzərə alsaq, çox yaxşı iş gördüyümüzü düşünürəm. Futbolçular çox razıdırlar. Axı onların ehtiyac duyduqları hər şeyi əldə edib-etmədiklərini anlamağın ən yaxşı yolu da məhz budur. Bizim vəziyyətimizdə buna müsbət cavab verə bilərik”, - deyə Peres bildirib.

İspaniyalı mütəxəssis “Sabah”ın tibbi xidmətinin necə təşkil olunduğundan da danışıb. Komandanın Avropanın ən nüfuzlu klub turnirində iştirak etməsinə baxmayaraq, bu bölmədə cəmi yeddi mütəxəssis çalışır.

“Klubumuzu xüsusi edən də məhz budur. Çempionlar Liqasında çıxış etməyimizə baxmayaraq, digər klublardan fərqli olaraq, əməkdaşlarımızın sayı çox deyil. Mən fizioterapevtəm və komandanın həkimi ilə daim əlaqə saxlayaraq ümumilikdə tibbi istiqamətə cavabdehlik daşıyıram. Nikolas Dominqes futbolçuların bərpa prosesinə rəhbərlik edir. Birlikdə hər gün bütün oyunçuların vəziyyətini və onların bərpa prosesinin gedişatını izləyirik.

Bundan başqa, masajçılarımız var. Onlar müxtəlif prosedurları həyata keçirir, məşqlər zamanı meydanda tibbi yardım göstərilməsinə kömək edirlər. Matçlarda Nikolas, komandanın həkimi və mən çalışırıq. Bu il ispaniyalı qidalanma məsləhətçisi Felipe ilə də əməkdaşlığa başlamışıq. Gündəlik işlərdə beş nəfər iştirak edir, ümumilikdə isə tibbi xidmətimiz yeddi mütəxəssisdən ibarətdir”, - deyə o qeyd edib.

Azərbaycanda həyata uyğunlaşmasından danışan Peres həyat yoldaşı və ispaniyalı həmkarları ilə birlikdə Bakıya köçmək imkanının bu prosesi xeyli asanlaşdırdığını vurğulayıb. Bununla belə, mütəxəssisi ən çox təəccübləndirən yerli sakinlərin və klub əməkdaşlarının əcnəbilərə münasibəti olub.

“Buradakı peşəkar mühit həqiqətən fərqlidir. Bu, peşəkar futboldur, lakin Avropada alışdığımızdan fərqli tələblər və yanaşmalar var. Məni ən çox insanlar təəccübləndirdi. Klubun yerli əməkdaşları həyatımızı asanlaşdırmaq üçün əllərindən gələni edirlər. Onların bizə kömək etmək istədikləri və burada çalışmağımızda maraqlı olduqları açıq-aydın görünür. Eyni münasibəti ümumilikdə Azərbaycan sakinlərində də müşahidə etdim. Onlar çox mehribandırlar və aramızda çoxlu fərqlər olmasına baxmayaraq, burada olmağımızdan məmnun olduqlarını hiss edirik”, - deyə Peres bildirib.

Onun sözlərinə görə, “Sabah”ın rəhbərliyi və əməkdaşları tibbi heyətin yeni iş metodlarının tətbiqinə, o cümlədən futbolçuların müayinəsi və zədələrdən sonra bərpası ilə bağlı yanaşmalara anlayışla yanaşıblar.

“Bura gələndə öz iş metodlarımızı təqdim etdik və onlar heç bir problem olmadan qəbul edildi. Əvvəllər burada, məsələn, diaqnostika və ya zədələrdən sonra bərpa məsələlərinə fərqli yanaşılırdı. Bir çox dəyişiklik etdik, lakin bunlar çox yaxşı qarşılandı. Düşünürəm ki, biz öz təcrübəmizi onlarla bölüşürük, eyni zamanda özümüz də onlardan öyrənirik”.

İspaniyalı mütəxəssis “Sabah”ın sıx oyun təqviminə də xüsusi diqqət çəkib. Komandanın eyni vaxtda üç turnirdə mübarizə aparması və avrokubok səfərləri zamanı böyük məsafələr qət etməsi tibbi heyətin futbolçuların hazırlığına yanaşmasını əhəmiyyətli dərəcədə dəyişib.

“Artıq futbolçunu sadəcə şənbə və ya bazar günü keçiriləcək oyuna hazırlamırsan, bütöv bir ayın logistikasını düşünməlisən. Məsələn, bu ay 31 gün ərzində doqquz oyunumuz var. Aydındır ki, heç bir futbolçu müəyyən narahatlıq hiss etmədən 90 dəqiqəlik doqquz matçda iştirak edə bilməz. Bu narahatlıq isə daim qiymətləndirməli olduğumuz risk deməkdir.

Altı saatlıq uçuş bir çox problemi daha da ağırlaşdırır. Futbolçu səfərə gedirsə, deməli, komanda üçün çox vacibdir. Lakin uçuşun həm gedərkən, həm də qayıdarkən onun fiziki vəziyyətinə təsir edəcəyini nəzərə almalıyıq. Ola bilsin ki, növbəti çempionat oyununda ona istirahət lazım olacaq, yaxud zədəyə səbəb ola biləcək xoşagəlməz hissləri aradan qaldırmağa çalışmalıyıq”, - deyə ekspert bildirib.

Uzun uçuşların və saat qurşağı fərqinin təsirini minimuma endirmək üçün Azərbaycan klubunun tibbi xidməti futbolçuların qidalanma rejiminin dəyişdirilməsini də nəzərdə tutan xüsusi protokollardan istifadə edir.

“Biz vaxt fərqinin təsirini, yaxud ən azı orqanizmin bunu necə qəbul etdiyini maksimum dərəcədə azaltmağa çalışırıq. Məqsəd futbolçuların bütün mövsüm ərzində eyni bioloji ritmi qoruması və yarış zamanı maksimum nəticə göstərməyə hazır olmasıdır. Çətinlik protokolun özündə deyil, futbolçuların ona əməl etməsindədir. Bəzən onlara elə gəlir ki, söhbət əhəmiyyətsiz detallardan gedir. Çox vaxt bunlar sadə məsələlərdir: axşam yeməyini bir qədər tez yemək və ya məşq cədvəlinə uyğun olaraq qidalanma vaxtını dəyişmək. Bütün bunlar bizə məsləhət verən qidalanma mütəxəssisi ilə birlikdə əlaqələndirilir”, - deyə o vurğulayıb.

Peres ötən ildən etibarən “Sabah” futbolçularının demək olar ki, zədələrlə üzləşmədiyini də diqqətə çatdırıb. Onun fikrincə, komandanın əsas heyətinin sabitliyi də müəyyən mənada tibbi heyətin işi ilə bağlıdır. Bununla yanaşı, mütəxəssis zədədən sonra futbolçunun meydana qayıtması ilə bağlı yekun qərarın çox vaxt yalnız həkimlərdən deyil, oyunçunun özündən də asılı olduğunu bildirib.

“Çempionlar Liqasında oynamaq istəyən futbolçularımız olub və onlar bəlkə də fərqində olmadan bəzi narahatlıqlarını kiçildərək göstəriblər. Yaxud açıq şəkildə bildiriblər ki, bu oyun onlar üçün çox vacib olduğundan nəyin bahasına olursa-olsun meydana çıxmaq istəyirlər. Buna görə də yekun qərar məşqçilər heyəti, futbolçu və tibbi xidmət tərəfindən birlikdə qəbul edilir. Biz risk səviyyəsi barədə məlumat təqdim edirik. Bu risk aşağı, orta və ya yüksək ola bilər”.

“Barselona” ilə qarşıdakı oyuna gəlincə, Peres Kataloniya klubunun Bakıya səfərinin şəhər sakinləri arasında xüsusi maraq doğurduğunu etiraf edib. Bununla belə, “Sabah” futbolçuları üçün əsas hadisə rəqibin kimliyindən asılı olmayaraq Çempionlar Liqasında iştirak etməkdir.

“Bizim üçün əsas hadisə Çempionlar Liqasında iştirak etməyimizdir. Rəqibin “Barselona”, “Real”, “Atletiko”, “Mançester” və ya başqa komanda olması fərq etmirdi. Bu turnirdə əvvəllər heç vaxt çıxış etməyən və aparıcı çempionatlarda oynamaq imkanı qazanmayan futbolçularımızın əksəriyyəti üçün bu, eyni dərəcədə həyəcanvericidir. Şəhər səviyyəsində isə vəziyyət həqiqətən fərqlidir.

Bildiyimizə görə, “Barselona” burada müxtəlif layihələr həyata keçirib, uşaq futbol düşərgələri və akademiyalar təşkil edib. Bu da klubun şəhərlə digər komandalardan daha sıx əlaqə qurmasına imkan yaradıb. “Barselona”nın Bakıya gələcəyi məlum olan kimi yerli dostlarım dərhal məndən bilet istəməyə başladılar. “Napoli” ilə oyun barədə isə indiyədək heç kim məndən soruşmayıb. Buna görə də düşünürəm ki, bütün şəhər bu matçla yaşayacaq”.

İspaniyalı mütəxəssis tibbi baxımdan Kataloniya təmsilçisi ilə qarşılaşmanın “Sabah” üçün cari mövsümün ən çətin oyunlarından biri olacağını gözləyir. O, bunu rəqibin oyun intensivliyi və futbolçuların üzərinə düşəcək fiziki yüklənmənin həcmi ilə əlaqələndirib.

“Biz tibbi xidmətin əməkdaşları olaraq qarşılaşa biləcəyimiz vəziyyətlərə əvvəlcədən hazırlaşmaq üçün pessimist olmağa çalışırıq. Gizlətməyəcəyəm: “Barselona”nın mövsümə necə başladığını, səhv etmirəmsə, səkkiz oyunda 30-dan çox qol vurduğunu görəndə başa düşürsən ki, bizi çox qaçmalı olacağımız oyun gözləyir. Bununla belə, futbolda bir çox başqa amillər də var və bu matç mütləq ən çətin qarşılaşmamız olmaya bilər. Amma şübhəsiz ki, mövsümün ən çox fiziki güc tələb edən oyunlarından biri olacaq”, - deyə Bakı klubunun əməkdaşı bildirib.

Bununla yanaşı, Peres “Sabah”ın Çempionlar Liqasının debütantı statusu ilə kifayətlənmək niyyətində olmadığını vurğulayıb.

“Əvvəldən qarşıya qoyduğumuz iddialı məqsəd Çempionlar Liqasına vəsiqə qazanmaq idi. Çempionatda və Kubokda qalib gəlmək də hədəflərimiz arasında idi. İndiyədək qarşımıza qoyduğumuz bütün iddialı məqsədlərə çatmışıq. Hazırda paltardəyişmə otağında bu barədə soruşsanız, deyə bilərəm ki, məqsədimiz sadəcə turnirdə iştirakdan zövq almaq deyil. Bir çoxları belə deyir. Əlbəttə, baş verənlərdən zövq alırıq, lakin hədəfimiz növbəti mərhələyə yüksəlməkdir. Bu, iddialı vəzifədir, bəlkə də bizi gözləyən oyun təqvimini nəzərə alsaq, bütün hədəflərimiz arasında ən iddialısıdır. Belə ambisiyalarımız olmasaydı, burada olmazdıq və hazırda rəqiblərimizə göstərdiyimiz müqaviməti də göstərə bilməzdik”, - deyə Peres bildirib.

Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Sabah”la “Barselona” arasında keçiriləcək oyun bu gün, noyabrın 25-də Bakıda baş tutacaq.

Matç Bakı Olimpiya Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Hazırda “Barselona” 9 xalla əsas mərhələnin turnir cədvəlində 6-cı, 3 xalı olan “Sabah” isə 31-ci pillədə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:26
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Noyabr 2026 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri