Icma.az
close
up
RU
AFFA niyə süni qazondan əl çəkmir? ARAŞDIRMA

AFFA niyə süni qazondan əl çəkmir? ARAŞDIRMA

Icma.az bildirir, Fanat portalına istinadən.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

AFFA-nın ölkə ərazisindəki bir sıra stadionlarda təbii deyil, süni ot örtüyü salması gündəmdə olan əsas mövzulardandır. Əlbəttə, futbol təbii qazon üzərində daha keyfiyyətli, daha baxımlıdır. Üstəlik, sintetik örtüklərin futbolçulara əlavə problemlər yaratdığı da faktdır. Bəs görəsən milli assosiasiya niyə süni qazon variantına üstünlük verir? Qarşısına bu idman növünü inkişaf etdirmək məqsədi qoyan qurum idman qurğularındakı meydanların yalnız təbii örtüklü olmasını təmin edə bilməzmi? Ümumiyyətlə iqlimi qazonun normal qaydada inkişafı üçün əlverişli olan Azərbaycanda bu məsələyə biryolluq əncam çəkmək olmazmı? Bu yazıda suallara cavab tapmağa çalışacağıq.

Daha bahalı, daha keyfiyyətli

Məlum məsələdir ki, təbii ot örtüyü bütün aspektlərdə sünidən üstündür. Şübhəsiz, həm də daha bahalıdır. Hərçənd belə meydanlar böyük maliyyə qarşılığında ərsəyə gəlsələr də, futbolçuların sağlamlığı və oyun estetikası prizmasından fərq yerlə göy qədərdir. Razılaşaq ki, hazırda ölkəmizdə futbolun kütləviləşməsi, inkişafı planı ilə stadion sayı tərs mütənasibdir. Düzdür, 20 il öncəki ilə indiki durum eyni deyil. Stadionların inşası istiqamətində yetərincə ciddi addımlar atılıb. Buna rəğmən, hələ də arzulanan çiçəklənmənin həyata keçirilməsini təmin edəcək sayda futbol meydanları yoxdur. Yalnız maliyyə anlayışı üzərində dayansaq, assosiasiyanın bu yöndə problem yaşamır. Tutaq ki, hazırkı büdcə növbəti illərdə bir qədər də artırıla, stadionların inşasına və ya bərpasına əlavə pul ayrıla bilər. Təbii örtüklü meydanlar böyük xərc tələb etsələr də, zamanla yeni mərhələyə qədəm qoymaq mümkündür. Bəli, məhz zamanla... Təəssüf ki, bu gün üçün ölkədəki stadionların heç yarısından çoxunun da ot örtüyünü təbiiyə çevirmək cəhdi reallıqdan çox utopiyaya bənzəyər. Qeyd etdiyimiz kimi, bu iş yalnız mərhələli şəkildə görülməlidir. 

Yüklənmə amili unudulmamalıdır

Bəlli, süni qazon təbiidən fərqli olaraq, yüklənmələrə dayanıqlıdır. Bu tip meydanlar daha az qulluq, daha az xərc tələb edir. Stadion az, istifadə edən komandaların sayı çoxdursa, əlavə şərhə yer qalmır. Biri Bakı, digəri bölgədə olan iki süni örtüklü stadionu araşdıraraq tanış olduğumuz həqiqəti sizlərə çatdırmağı özümüzə borc bildik. Söhbət Binə qəsəbə stadionundan və Ağsu şəhər stadionundan gedir...

"Difai" məşq edir, 5 komanda oyun keçirir

Ağsu şəhər stadionunda 1-ci Liqa təmsilçisi "Difai" məşq edir. Sözügedən kollektiv həftə ərzində orta hesabla 6 saat bu stadiondan yararlanır.

AFFA-nın U-10, U-11, U-12, U-13 və U-14 liqalarındakı komandalar isə bu stadionda oyunlarını keçirirlər. Dəqiqləşdirsək, aşağı yaş qrupları üzrə 5 kollektiv ümumilikdə həftədə 12 saat bu meydanda mübarizə aparırlar. 

Binədə vəziyyət daha dəhşətlidir

Binə qəsəbə stadionuna gəlincə, burada durum o qədər gərgindir ki, nəinki təbii, süni örtüyün də nəzərdə tutulandan daha tez vaxtda istismara yararsız şəklə düşməsi qaçılmazdır.  Premyer Liqa iştirakçılarından "Araz-Naxçıvan", "Şamaxı" və "Turan Tovuz"un məşq etdiyi məkanda "Araz-Naxçıvan"ın, "Zirə"nin, "Qarabağ"ın və "Sabah"ın əvəzediciləri ev oyunlarına çıxırlar. 1-ci Liqa komandası MOİK isə sahədən həm məşq, həm də oyun üçün faydalanır. 1-ci Liqadan "Baku Sportinq", 2-ci Liqadan "Dinamo", AFFA Region Liqasından "Çinar Zəngilan"ın, AFFA U-14 liqasındakı komandanın da öz meydanında çıxdığı görüşlər sözügedən məkanda reallaşır.

Siyahı bununla yekunlaşmır. "Binə"nin U-9, U-10, U-11, U-12, U-13, qadın futbolçulardan ibarət Azərbaycan millisi, 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi, U-16, U-17 və U-18 yığmalarımızın həm məşqləri, həm də oyunları burada baş tutur. Sadalanan kollektivlər orta hesabla Binə qəsəbə stadionunda 25 saat məşq edir, 12 saat matç keçirirlər. Belədə, təbii örtüklü meydandan danışmaq absurddur, deyilmi?

Son söz əvəzi

Təbii örtüyün tələbləri tam başqadır. Ev oyunlarını orijinal qazonda keçirən komandanın həm də əlavə məşq sahələri olmalıdır. 3-4 yox, cəmi iki komandanın müntəzəm istifadə etdiyi təbii örtük 3 aya bostanı xatırladar. Şübhəsiz, hər şey müsbətə doğru dəyişməyə hesablanmalı, uşaq futboluna da ciddi zərbə vuran sintetik qazonlu meydanların sayı ildən-ilə azaldılmalıdır. Fəqət bu, 1-2 ilə həyəta keçirilməsi mümkün olan proses deyil. Hər şey plan üzrə getsə, yaxın 5 və ya 7 ildə nəzərəçarpan dəyişikliklərə şahidlik etmək olar.

Nihat Ağasoy 

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://fanat.az
archiveBu xəbər 16 May 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see399

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see300

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see243

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see230

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see219

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see216

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see209

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see203

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see192

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see190

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see186

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see184

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see182

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see182

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see181

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see180

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see180

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see168

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see167

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri