İşsiz gənclərin etibarından sui istifadə edilir Adlarına külli miqdarda vergi borcu yazılıb VİDEO
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda işsiz gənclərin etibarından sui-istifadə edilərək, işə düzəltmək adı ilə adlarına şirkət açılıb. Nəticədə onların külli miqdarda vergi borcu yaranıb.
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, şikayətçi Teymuraz Abbasov deyir ki, onun adıma 232 min manat vergi borcu var. O, bundan bir il sonra ünvanına göndərilən məhkəmə qəbzi ilə xəbər tutub.
Zərərçəkmiş Nicat Hüseynov isə deyib ki, onun da adına şirkət açılıb və 99 min manat vergi borcu yaranıb. Röyal Əzimov isə bildirib ki, onun adına 3 şirkət açılıb, nəticədə 16 700 manat vergi borcu yaranıb və artmaqda davam edir.
Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirilib ki, əksər hallarda vətəndaşlar müxtəlif yollarla aldadılır və etibarnamə alınmaqla, yaxud onlara məxsus elektron imzalardan istifadə edilməklə adlarına müxtəlif hüquqi şəxslər təsis edilir, qanunsuz əməliyyatlar aparılır və nəticədə həmin hüquqi şəxslərin böyük məbləğlərdə vergi borcu yaranır.
Qeyd edək ki, məsələ hazırda məhkəmə müstəvisindədir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 17 Noyabr 2025 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















