Icma.az
close
up
RU
Dərs saatı sistemi dəyişir? Ekspert detalları açıqladı

Dərs saatı sistemi dəyişir? Ekspert detalları açıqladı

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Müəllimlərin əməkhaqqısının dərs yükünə əsasən deyil, ümumi iş saatına görə müəyyən edilməsi ilə bağlı təklif təhsil ictimaiyyətində geniş müzakirə doğurub. Yeni modelin tətbiq mexanizmi, müəllim motivasiyasına təsiri və məktəblərdə iş yükünün yenidən bölünməsi əsas suallar kimi önə çıxır.

Mövzu ilə bağlı təhsil eksperti Səbuhi Abdullayev Gununsesi.info -ya açıqlamasında bildirib ki, təklif olunan dəyişiklik həm üstünlüklər, həm də müəyyən çətinliklər yarada bilər:

“Təhsil sistemimizdə müəllimlər uzun illərdir saat sistemi ilə işləməyə öyrəşiblər. Bu səbəbdən yeni modelə keçid ilk mərhələdə müəyyən narahatlıqlar yaradacaq. Saat hesabının tam ləğv ediləcəyi dəqiq olmasa da, müəllimləri fərqli bir sistemə uyğunlaşmağa məcbur edəcək bir rəqabət mühiti yaranacaq”.

Ekspert müəllim əməyinin digər sahələrdə çalışanlarla eyniləşdirilməsini doğru hesab etmir:

“Müəllimin işi məktəbdə keçirilən 2–3 saatlıq dərslə bitmir. Evdə dərs materiallarını yoxlamaq, növbəti dərslərə hazırlaşmaq, mövzuları yeniləmək, süni intellekt dövründə tədrisə yeni elementlər əlavə etmək onların gündəlik işinin ayrılmaz hissəsidir. Bundan əlavə, valideynlərlə mütəmadi əlaqə, onların suallarına cavab vermək kimi öhdəliklər də var. Müəllim faktiki olaraq günün böyük hissəsini prosesə sərf edir. Ona yalnız məktəbdə dərs deyən bir əməkdaş kimi baxmaq doğru deyil — o, cəmiyyətin formalaşmasında iştirak edən əsas fiqurdur”.

Abdullayev deyir ki, əməkhaqqının iş saatına əsasən verilməsi həm də praktiki çətinliklər yarada bilər:

“Bu sistemə alışmaq müəyyən vaxt aparacaq. Digər tərəfdən, iş saatı ilə bağlı sərt qaydalar tətbiq olunsa, müəllim evə qayıtdıqdan sonra şagird və valideyn problemlərinə operativ reaksiya verə bilməyəcək. Əlbəttə, maaşların artırılması müsbət addımdır, amma yanaşı olaraq bəzi fəsadlar da ortaya çıxa bilər”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Noyabr 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see316

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see299

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see297

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see246

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see213

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see211

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see209

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see207

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see207

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see205

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see203

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see201

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see199

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see187

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see183

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see179

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see179

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see170

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see164

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri