AFFA Premyer Liqa komandalarına 30 milyon manat ödəyib
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda futbolun inkişafı ilə bağlı ayrılmış vəsaitin məbləği açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.
2023/2024 mövsümündə olduğu kimi, 2024/2025 mövsümündə də ayrılmış vəsait 39 milyon manat təşkil edib.
Hər iki mövsümdə Premyer Liqa (10 klub) təmsilçilərinə ümumilikdə 30 milyon manat verilib. I Liqa klublarına (əvvəlki mövsümdə 15, hazırda 10 klub) toplamda üç milyon manat, milli komandaların saxlanılması üçün üç milyon manat ödənilib.
Region Liqası oyunlarının keçirilməsi və VAR layihə xərcləri hər iki mövsümdə bir milyon manata bərabər olub. Cari mövsümdə II Liqadakı 14 kluba ümumilikdə 700 min manat verilib. Menecer və məşqci korpusunun təhsilinə (AFFA-nın nəzdində) görə 300 min manat xərclənib.
Anar Həsənov

