Icma.az
close
up
RU
AFFA Qarabağ a və futbolçusuna cərimə kəsdi

AFFA Qarabağ a və futbolçusuna cərimə kəsdi

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib. "Zirə" – "Turan Tovuz" oyununda "Turan Tovuz" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Turan Tovuz" klubu 700 manat cərimə edilib.

"Sabah" – "Qarabağ" oyununda "Sabah" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. "Sabah" komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 2000 manat cərimə edilib. "Sabah"ın azarkeşləri olan hissədən meydançaya kənar şəxs daxil olduğuna görə klub daha 6500 manat cərimə edilib. "Sabah" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 3000 manat cərimə edilib.

Oyunun 37-ci dəqiqəsində "Qarabağ"ın qapıçısı Mateus Koxalski rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyunluq cəzalandırlıb, klub 1000 manat cərimə edilib. Oyun bitdikdən sonra "Qarabağ" komandasının 8 nömrəli futbolçusu Marko Yankoviç hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığına, dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hakimə hədə-qorxu gəldiyinə görə 8 oyunluq cəzalandırılıb, klub 25500 manat cərimə edilib. Oyunda "Qarabağ" komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 2000 manat cərimə edilib.

Matçda "Qarabağ" komandasının azarkeşləri tərəfindən dəfələrlə pirotexniki vasitədən istifadə edildiyinə görə klub 7000 manat cərimə edilib. Azarkeşlər tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə "Qarabağ" 8000 manat cərimə edilib. Azarkeşlərinin olduğu sektorda zərər və dağıntı törədildiyinə görə "Qarabağ" daha 5000 manat cərimə edilib. Stadionda sındırılmış 70 ədəd oturacağa görə dəymiş zərər "Qarabağ" komandası tərəfindən qarşılanmasına qərar verilib.

Oyun bitdikdən sonra "Qarabağ"ın məşqçisi Hüseyn Seyidov hakimə fiziki təzyiq göstərməyə çalışdığına, onu təhqir etdiyinə görə 6 oyun oyunluq cəzalandırılıb, klub 18000 manat cərimə edilib. Matçdan sonra "Qarabağ" komandasının əməkdaşı İlqar Şamilov oyunun rəsmi şəxsinə fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun oyunluq cəzalandırılıb, "Qarabağ" 8000 min manat cərimə edilib.

Mətləb

Cəmiyyət 19:58

AFFA "Qarabağ"a və futbolçusuna cərimə kəsdi

Cəmiyyət 19:26

Bakıda 5-ci Uşaq Kitab Festivalı keçiriləcək

Siyasət 18:47

İqtisadi Şuranın iclası keçirilib

Siyasət 18:04

Qazaxda Ulu Öndərin 103-cü ildönümü münasibətilə tədbirlər davam edir - FOTOLAR

Siyasət 17:59

Azərbaycan dövlətçiliyinin memarı və əbədiyaşar Lideri - ŞƏRH

Siyasət 17:57

Münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır - ŞƏRH

Siyasət 17:54

Gədəbəydə növbəti tədbir keçirilib - ŞƏRH

Siyasət 17:50

Naxçıvandan başlayan dövlətçilik epopeyası - ŞƏRH

Siyasət 17:47

Tovuzda Ulu Öndərin ildönümü qeyd edilib - FOTOLAR

Siyasət 17:43

Sülh siyasətinə bağlılıq - ŞƏRH
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 May 2026 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri