Icma.az
close
up
RU
AFFA rəsmisi: Doğma meydanda daha güclü “Qarabağ” gözləyirik

AFFA rəsmisi: Doğma meydanda daha güclü “Qarabağ” gözləyirik

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İstənilən halda “Qarabağ” cütün favoritidir. Təmsilçimiz səfərdəki ilk qarşılaşmada (3:0) üstün oyun nümayiş etdirərək, demək olar ki, mərhələnin taleyini həll etdi".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın texniki direktoru Cahangir Həsənzadə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün “Qarabağ” və İrlandiyanın “Şelburn” komandaları arasında keçiriləcək cavab oyunu barədə danışarkən deyib.

Mütəxəssis Ağdam təmsilçisinin öz oyununu nümayiş etdirərək, yaxşı nəticə ilə növbəti mərhələyə vəsiqə qazanağına inandığını söyləyib: “Sözsüz ki, doğma meydanda daha güclü “Qarabağ” gözləyirik. Mövsümün əvvəli olduğu üçün istədikləri futbolu oynaya bilmədiklərini düşünürəm. Ona görə də bu dəfə daha səlist və nizamlı performans izləmək istəyirik. Buna baxmayaraq, rəqib kifayət qədər zəifdir. Kollektiv şəklində yaxşı təsir bağışlasalar da, futbolçuların fərdi bacarıqları yüksək səviyyədə deyil. Bu səbəbdən Ağdam klubunun texniki və taktiki baxımdan üstünlüyü açıq-aşkar hiss olunur. Lakin ilk matçda da gördük ki, rəqib komandanın futbolçuları zaman-zaman “Qarabağ”ın qapısı qarşısında təhlükəli vəziyyətlər yaradırdılar. Bəzi anlarda qol vurmağa çox yaxın idilər. Çox güman ki, Bakıdakı görüşdə də bənzər vəziyyətlər yaşana bilər. Məhz buna görə komandamızın tam diqqətli və intizamlı çıxış etməsi vacibdir. Artıq bu matçdan sonra növbəti rəqibi düşünmək lazımdır”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Şelburn” görüşü saat 20:00-da başlayacaq. Bu cütün qalibi III təsnifat mərhələsində FKSB (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 İyul 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri