Icma.az
close
up
RU
AFFA ya məsləhət: Aqil Nəbiyevi klonlayaq!

AFFA ya məsləhət: Aqil Nəbiyevi klonlayaq!

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Azərbaycan futbolundan dəfələrlə, günlərlə, həftələrlə, illərlə danışmışıq. Bəlkə də, əksəriyyətimiz mövcud vəziyyəti qəbul etmişik. Bunun düzəlməyəcəyini, bizdə keyfiyyətli, istəkli, döyüşkən millinin olmayacağını düşünürük. 

Hətta hər ötən il buna daha da alışmağa, sanki belə olmalıymış kimi davranmağa başlayırıq. Gürcüstan, Türkiyə, Rusiya, İran və Ermənistan futbolçularını Çempionlar Liqasının finalında izləyirik. Həmyerlilərimizi isə avrokubokların təsnifat mərhələsində göstərdikləri uğursuz performansla xatırlayırıq. 

Nəticədə “Azərbaycanda futbol yoxdur” fikri bütün beyinlərdə kök salmağa davam edir. Səbəblər nələrdir? İnfrastruktur, uşaq futbolu, süni örtüklü meydançalar, falan, filan? 

Elə isə yaxın əyləşin, bəzi detalları dəqiqləşdirək. Birincisi, büdcəsi AFFA-dan daha aşağı, təbiəti ot saxlamaq üçün əlverişsiz, əhalisi Azərbaycandan dəfələrlə az olan ölkələrdən lap yaxşı da futbolçu çıxır. Day demirəm ki, hamısı Kol Palmer, Lamin Yamaldırlar. Amma ən azından uğurlu legioner həyatı yaşayırlar, ölkələrini mübariz ruhda təmsil edirlər. 

İkincisi, deyəcəksiz ki, digər ölkələrdə, məsələn, Gürcüstanda uşaq futbolu bizdən qat-qat üstündür. Düzdür, həmin ölkədən “Barselona”nın əfsanələri ilə matç keçirə biləcək qədər böyük futbolçular çıxıb, bizsə, Almaniya II Bundesliqası ilə öyünürük. 

Amma bu, o demək deyil ki, Gürcüstan uşaq futbolunda da bizdən güclüdür. Şimal qonşumuzu aşağı yaş qruplarından ibarət komandalarla dəfələrlə məğlub etmişik. Hətta bir ara “Aqil Nəbiyev gürcüləri harda görsə, udur” fikri də geniş yayılmışdı. 

Həmin Nəbiyev hazırda iki yaş qrupunun baş məşqçisi kimi çalışır. O, həm 16, həm də 17 yaşadək futbolçulardan ibarət millilərə rəhbərlik edir. Son 3 ay ərzində onun hər iki komandası Gürcüstanın müvafiq yaş qruplarından ibarət seçmələri ilə qarşılaşıb. Nəticələri bilirsiz? U-17 ilə qələbə (1:0), U-16 ilə heç-heçə - 1:1. Xal sistemi ilə düşünsək, mümkün 6 xaldan 4-nü Azərbaycan forması geyinən yeniyetmələr qazanıblar. Həmçinin həmin komandalar Qazaxıstan və Moldovanı da məğlub ediblər. 

Amma illər sonra bizim uşaqlar Avropanın ikinci eşalonunun aşağı divizionlarında, gürcülər isə bəlkə də, dünya çempionatının qrup mərhələsində mübarizə aparacaqlar. Çünki həmin futbolçular 16-17 yaşdan sonra sirli bir aləmə qərq olurlar. Bir çoxunun idman həyatı bitir, bəziləri işıqlı gələcək vəd etdikləri halda milliyə dəvət almamağa başlayırlar. Məşqçilərin soyuq münasibəti, “onsuz da düzələn deyil” fikri ilə özlərinə əziyyət verməmələri, cavabdeh şəxslərin göz önündə olmaması, hardansa kiçik bir ümid işığı yanan kimi onu dərhal bağlamaları... 

Aşağı yaş qruplarında rəqibləri məğlub edə biliriksə, demək bizdə futbol var. Amma ortada nəsə çatmır. Elə bil böyük bir boşluq mövcuddur. 17 yaşdan əsas milliyə keçid yerində iplər qırılır, əzm, istək, mübarizə hissi yoxa çıxır. İllərdir ki, vəziyyət belədir. Lakin buna bir əncam çəkən yoxdur. U-18, U-19 millilərimizin durumları dəhşətli dərəcədədir. Nə İlham Yadullayevin, nə də Elxan Abdullayevin komandası uğur əldə etməyi bacarmır. 17 yaşlılarda gördüyümüz ümid işıqları onların rəhbərliyi altında sönür. Nəbiyev futbolçunu yetişdirir, hazırlayır, göndərir yuxarı yaş qruplarına. Yuxarı yaş qrupunda isə həmin uşağı məhv edirlər. Sanki kiminsə uğur qazanmasından qorxurlar. Bəzən düşünürəm ki, bəlkə milli qələbə qazananda məşqçilərin maaşlarını kəsirlər, əks halda, əlinə hazır gələn heyət və futbolçuları necə belə duruma sala bilərlər ki? 

İllərdir davam edən bu durumu federasiya özü də görür. Hər tsikldə eyni nəticələr, uğursuzluqlar, itib-batan istedadlar… Amma AFFA karuseli davam etdirir. Yəqin ki, ölkədə futbolun inkişafını istəmir. Azərbaycan futbolunun biabırçı vəziyyətdə olması bəzilərinə daha çox sərf edir.

İndi neyləyək, Nəbiyevi klonlayaq, bütün yaş qruplarına təyin edək? Hətta üzləşdiyimiz poblemlərlə başa çıxa bilməyəndə də Aqil müəllimi çağıraq, gəlsin həll etsin. Mümkün olsa, Fernandu Santuşun da yerinə onun klonlarından birini göndərək. Adam aşağı yaş qruplarından ibarət milliləri təkbaşına ayaqüstdə saxlayır. Əsas yığmada da nəticəsi ən azından portuqaliyalıdan pis olmayacaq. Ölkə futbolundan cavabdeh şəxslər nə işlə məşğuldurlar, yoxsa ciddi şəkildə Nəbiyevi klonlamağı düşünürlər?

"Tottenhem"də yeni müqavilə Hakiminin taleyinə aydınlıq gəlib Stadiona yad əşya atmaq, azarkeşlərin cərimələnməsi - Qanuni video açıqlama "AFFA-nın etdiyi hüquqdan sui-istifadədir" - VƏKİLDƏN AÇIQLAMA Nəzərovdan bürünc medal
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://apasport.az
archiveBu xəbər 20 İyun 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see362

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see358

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see339

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see338

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see336

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see310

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see308

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see308

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see299

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see294

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see294

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see289

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see285

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see277

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see254

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see240

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see231

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see229

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see201

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri