Afrika Millətlər Kubokunun oyununda futbolçu huşunu itirdi
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Afrika Millətlər Kubokunun ikinci turunun Sudan - Ekvatorial Qvineya matçında (1:0) xoşagəlməz hadisə olub.
QOL.az xəbər verir ki, Sudan millisinin qapıçısı Monqed Elnil görüşdə huşunu itirib.
Futbolçu matçın 37-ci dəqiqəsində cərimə meydançasının kənarına yaxınlığında yıxılıb. Həmin vaxt oyun meydanın əks tərəfində davam edib. Daha sonra hakim matçı dayandırıb və tibb işçiləri kömək etmək üçün meydana çıxıblar. Həkimlərin müdaxiləsindən və bir neçə dəqiqəlik fasilədən sonra qapıçı oyuna davam edə bilib.
Sudan milli komandasının tibb heyətinin nümayəndələrinin sözlərinə görə, Elnilin huşunu itirməsinin səbəbi qan təzyiqinin və ya qan şəkərinin səviyyəsinin qısamüddətli aşağı düşməsi olub. Bildirilib ki, oyunçuda heç bir ciddi xəstəlik əlaməti yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 29 Dekabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















