Icma.az
close
up
RU
Trampla Zelenski bu məsələlərdə razılaşmadı

Trampla Zelenski bu məsələlərdə razılaşmadı

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donald Trampın Floridada baş tutan görüşü təxminən üç saat davam etsə də, yekunda tərəflər müharibənin dayandırılması ilə bağlı ciddi irəliləyiş elan etməyib.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Donald Tramp əvvəlki kimi Moskvaya yaxın mövqelər tutur. Bununla belə, bəzi əvvəlki görüşlərdən fərqli olaraq, Tramp Zelenskini tərifləyib, sülhün yaxın olduğuna əminliyini bildirib.

Müharibə ya bitəcək, ya da qeyri-müəyyən müddətədək davam edəcək

Tramp müharibəni dayandırmaq üçün konkret vaxt çərçivəsinin olmadığını israrla bəyan edib. Amma intensiv danışıqların getdiyi indiki mərhələnin müharibənin qəti şəkildə başa çatdırılması üçün ən uyğun zaman olduğuna da eyham vurub.

“Düşünürəm ki, danışıqların son mərhələsindəyik. Ya bitəcək, ya da uzun müddət davam edəcək və milyonlarla insan həlak olacaq”, – Amerika lideri qeyd edib.

ABŞ lideri sülh danışıqlarının tempindən məyusdur və münaqişənin davam etməsinə görə həm Zelenski, həm də Putini günahlandırır. Heç bir mühüm bəyanatla nəticələnməyən görüş razılığa gəlməyin o qədər də asan olmadığını göstərir.

Tramp tez-tez işlətdiyi “bir neçə həftə” ifadəsini yenidən səsləndirib: “Bəlkə də bu baş verməyəcək. Bir neçə həftəyə bunu dəqiq biləcəyik”.

Putin yox idi, amma yaddan çıxmadı

Rusiya lideri Vladimir Putin görüşdə fiziki olaraq iştirak etməsə də, öz varlığını hiss etdirdi. Tramp Zelenski ilə danışıqlardan əvvəl Putinlə telefonla bir saatdan çox danışmışdı. Tramp həmçinin Zelenski ilə görüşdən sonra da Putinlə yenidən danışacağını bildirdi.

Bu sxem keçmişdə Ukraynanın tərəfdarlarında narahatlıq doğurmuşdu: Tramp Zelenski ilə görüşdən əvvəl Putinin mövqeyini dinləyir, sonrakı görüş uğursuzluqla nəticələnirdi. Bu dəfə isə Trampın Putinlə söhbəti Zelenski ilə müsbət görüşü istisna etmədi. Bununla belə, Tramp Putini bir məsələdə təriflədi – danışıqlarda əsas maneələrdən biri olan Zaporojye AES-lə bağlı davranışına görə.

“Prezident Putin həqiqətən də Ukrayna ilə birlikdə onun açılması üzərində işləyir. Onun bu stansiyanı bombalamaması böyük addımdır”, – ABŞ Prezidenti deyib.

Tramp əlavə edib ki, Putinin sülhə ciddi yanaşdığına hələ də inanır.

Son 10 faiz

Görüşdən əvvəl Zelenski sülh planının şərtlərinin 90 faizinin razılaşdırıldığını söyləmişdi və amerikalı rəsmilərin də istifadə etdiyi bu rəqəmi təkrarlamışdı. Zelenski görüşdə də eyni rəqəmi yenidən səsləndirdi, Tramp isə faizlərdən istifadə etməyi sevmədiyini qeyd edib. Amma məhz qalan 10 faiz ən çətin məsələləri əhatə edir. Əsas maneələrə Zaporojye AES-in taleyi və ərazi məsələləri daxildir. Tramp Ukraynanın Rusiyanın daha da irəliləyişindən əvvəl indi ərazi güzəştlərinə getməsinin daha yaxşı ola biləcəyini irəli sürüb.

“Bu torpaqların bir hissəsi artıq ələ keçirilib. Bir hissəsi isə, ola bilsin, ələ keçirilsin. Bu, bir neçə ay ərzində baş verə bilər. Elədirsə, indi razılaşmaya gəlmək daha yaxşı deyilmi?”, – o vurğulayıb.

Görüşdən əvvəl Zelenski çeviklik nümayiş etdirərək bildirib ki, istənilən sülh razılaşmasını referendumda müzakirəyə çıxarmağa hazırdır. Amma o, razılaşmaya əməl olunması üçün atəşkəsin vacib olduğunu söyləyib.

Rusiya isə atəşkəslə bağlı istənilən müzakirədən imtina edir. Trampın Putinlə telefon danışığı zamanı hər iki lider “ümumilikdə oxşar baxışları bölüşdüklərini” və müvəqqəti atəşkəsin münaqişəni yalnız uzadacağını bildirdilər.

Mürəkkəb münasibətlər

Fevralda baş tutmuş ilk, fəlakətli görüşdən sonra Trampın ikinci prezidentlik müddətində onun Zelenski ilə hər görüşünün tonu və xarakteri diqqətlə izlənilir. Sonrakı danışıqların heç biri o qədər sərt qarşıdurmaya çevrilməsə də, bəziləri qapalı qapılar arxasında çətin keçmiş kimi təsvir olunub.

Zelenskini Palm-Biçdəki malikanəsində qarşılayarkən Tramp ona minnətdarlığını bildirib: “Bu cənab çox çalışıb, o, çox cəsurdur, onun xalqı da çox cəsurdur”.

Zelenski çıxışına Trampa təşəkkürlə başlayıb və elə də bitirib. Bu, ABŞ Prezidenti və vitse-prezident Ceyms Devid Vensin fevralda onu Amerika rəhbərliyinə kifayət qədər minnətdarlıq göstərməməkdə tənqid etməsini nəzərə alsaq, diqqətçəkən məqamdır.

Tramp keçmişdə Mar-a-Laqo iqamətgahını Çin Sədri Si Cinpin və Yaponiyanın mərhum baş naziri Şinzo Abe də daxil olmaqla, dünya liderləri ilə sıx şəxsi münasibətlər qurmaq üçün istifadə edib. Bazar günü keçirilən görüşün əsas məqsədi bu olmasa da, Zelenski Palm-Biçə Trampın bayramları burada keçirməsi səbəbilə gəlmişdi. Amma buradakı mühit Oval ofis və ya Ağ Evin digər otaqlarından daha qeyri-rəsmi idi. (Teleqraf)

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Dekabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see233

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see183

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see181

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see176

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see176

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see176

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see176

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see174

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see174

Dünya çempionunun yolu haradı?

13 Avqust 2026 19:27see171

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see164

Hansı xəstəliklərdə kişilərin cinsi orqanı kiçilir?

14 Avqust 2026 02:04see163

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see161

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see158

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see157

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see156

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see153

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see152

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see150

Markinyos dünyanın ən çox titul qazanan ikinci oyunçusu olub

14 Avqust 2026 03:15see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri