Icma.az
close
up
RU
İnsan niyə əqidəsiz olmalıdır? Orxan Saffari yazır…

İnsan niyə əqidəsiz olmalıdır? Orxan Saffari yazır…

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Adətən, hansısa bir əqidəyə sadiq olan, müəyyən dəyərlər uğrunda mübarizə aparan insanlar əqidəsini dəyişdiyi zaman xoş qarşılanmır.

Tələb isə sadədir: “Əqidəyə sadiq qalmaq lazımdır”.

Ancaq niyə? İnsan doğrudan da əbədi olaraq əqidəsinə sadiq qalmalıdırmı? Bu, niyə məcburiyyət olmalıdır? Əqidəyə sadiq qalmağın insan üçün ziyanları nədir?

Ümumiyyətlə, əgər bir əqidə dəyişmirsə, ona kor əqidə demək daha düzgündür. Məlum, insan isə dəyişən varlıqdır.

Başqa cür desək, insan daim inkişaf edir. Yəni bilik artır, təcrübə genişlənir, həyat şəraiti dəyişir. Sabit əqidə isə dəyişməzlik tələb edir. Hər şeydən əvvəl, məhz bu iki şey bir-birinə ziddir. Əgər insan dəyişirsə, əqidə də dəyişməlidir. Əqidəyə kor sadiqlik insanın öz inkişafına qarşı çıxması deməkdir.

Bu mənada, sabitlik illüziyadır.

Əslində, əqidə çox vaxt təsadüfi formalaşır. Bəs yaxşı, təsadüfi formalaşan bir anlayış niyə, necə müqəddəs ola bilər?

Bir insanın əqidəsi adətən ailə mühitindən, cəmiyyətin təsirindən, təsadüfi oxuduğu bir kitabdan, gənclik emosiyalarından yaranır. Belə təsadüfi formalaşmış bir şeyə ömür boyu sadiq qalmaq da bir az məntiqli görünmür.

Əqidə insanı müəyyən çərçivəyə salır, əqidənin üfiqləri yoxdur. Məhz bu çərçivə isə alternativ fikirləri rədd edir, insanı qütbləşdirir, özünü haqlı, başqalarını haqsız görməyə məcbur edir. Bu da həm etik, həm intellektual baxımdan təhlükəlidir.

Üstəlik, əiqidəyə sadiqlik çox vaxt qorxuya əsaslanır. İnsanlar əqidələrini dəyişməkdən qorxurlar, çünki kimliyini itirməkdən qorxur, “yanılmışam” deməkdən çəkinir, sosial təzyiqdən ehtiyat edir. Bu isə rasional seçim deyil, psixoloji müdafiə mexanizmidir.

Ümumi götürsək, əqidə çox vaxt emosional bağdır, rasional seçim deyil. İnsanlar əqidələrinə məntiqə görə yox, emosiyaya görə bağlanırlar. Bu isə onları manipulyasiyaya açıq edir.

Bəs niyə insanlar həmişə əqidəsinə sabit qalan insanları sevir, belə olmasını istəyir?

Bu cür məcburiyyətin səbəbləri çox vaxt sosialdır, insani deyil. Çünki cəmiyyət həmişə sabitlik istəyir. Dəyişən insanlar idarəolunmaz olur. Sabit əqidə isə cəmiyyət üçün rahatdır.

Din, ideologiya, siyasi hərəkatlar- hamısı sadiqlik tələb edir. Çünki sadiqlik güc yaradır.

İnsanlar həm də kimlik axtarır. Əqidə də bu mənada kimlik verir. Kimlik isə psixoloji rahatlıq yaradır.

Əqidə əsasən inanclardan yaranır, dəlillərdən yox. Dəlil dəyişdikcə, fikir də dəyişməlidir. Amma “əqidə” tələb edir ki, faktlar dəyişsə də, yeni sübutlar ortaya çıxsa da, gerçək elə gözünün içinə baxıb “yanılırsan” desə də, sən eyni fikirdə qalmalısan.

İnsanlar əqidələrinə yapışır, çünki dəyişsələr özlərini itirmiş olacaqlarını düşünürlər.
Psixologiyada buna identiklik narahatlığı deyilir.

Bu, yalançı qəhrəmanlıq hissi yaradır:
“Sabit qaldım, dəyişmədim, məğlub olmadım”.

Əslində isə, dəyişmək cəsarət tələb edir.
Dəyişməmək qorxunun nəticəsidir.

Məsələn, Antik dövrdə Sofistlər sabitqədəm olan fikirlərə güvənmirdilər. Onlar da həqiqət anlayışının dəyişkən anlayış olduğunu düşünürdülər. Yaxşı, həqiqətlər dəyişirsə, insan necə əqidəli qala bilər və ya qalmalıdır?

Əqidə əslində, fəaliyyətdə olmayan düşüncədir. Düşüncə sual verir, əqidə isə cavabı əvvəlcədən bilir. Fəlsəfə tarixi göstərir ki, irəliləyiş həmişə sadiqlikdən yox, şübhədən doğub.

Bu baxımdan, əqidəyə sadiqlik həqiqətin deyil, keçmişin müdafiəsidir.

Xülasə, insan əqidəyə yox, gerçəkliyə, məntiqə və davamlı yenilənməyə sadiq qalmalıdır…

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Dekabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri