Icma.az
close
up
RU
Afrika ölkələri ilə münasibət İlham Əliyevin xarici siyasətinin daha bir uğurudur

Afrika ölkələri ilə münasibət İlham Əliyevin xarici siyasətinin daha bir uğurudur

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycanda səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmud ilə dövlət başçısı İlham Əliyev arasında görüş keçirilib. Liderlər ikitərəfli münasibətləri müzakirə etdikdən sonra dövlət başçıları mətbuata bəyanatla çıxış ediblər. Bəyanatdan da göründüyü kimi tərəflər arasında önəmli sənədlər də imzalanıb. Somali Prezidentinin Azərbaycana rəsmi səfəri hazırkı dövrdə vacib əhəmiyyət daşıyır. Afrika ölkələrinə barmaqarası baxmaq olmaz və qitənin aparıcı dövlətlərindən biri kimi Somali ilə də münasibətlərin qurulması labüddür. Bu baxımdan Azərbaycan kimi inkişafını uğurla həyata keçirən ölkələrin təcrübəsi Afrika üçün faydalı ola bilər. Afrika ölkələri Azərbaycana xüsusi simpatiya bəsləyir. Bunun əsas səbəbi Azərbaycanın heç bir gizli geosiyasi gündəliyinin olmaması və səmimi əməkdaşlıq təklif etməsidir. Azərbaycan digər ölkələrdən fərqli olaraq, Afrika ilə münasibətlərində bərabərhüquqlu tərəfdaşlıq prinsiplərini əsas tutur və qitənin inkişafına real dəstək göstərməyə çalışır. Humanitar və mədəni əlaqələr də bu münasibətlərin dərinləşməsinə töhfə verir. Azərbaycanın müxtəlif humanitar fondları və təşkilatları Afrika ölkələrində səhiyyə, təhsil və ekoloji layihələr həyata keçirir ki, bu da qarşılıqlı etimadı daha da artırır. Bundan əlavə, Azərbaycanın enerji və kənd təsərrüfatı sahələrində qazandığı təcrübə Afrika ölkələri üçün maraqlı bir model ola bilər. Ölkəmiz Afrikada müxtəlif infrastruktur layihələrinə sərmayə yatıraraq yerli iqtisadiyyatı stimullaşdırmaqda maraqlıdır və bu addımlar Afrika dövlətləri tərəfindən müsbət qarşılanır. Belə bir yanaşma Afrika ölkələrinin inkişafına real töhfə verməklə yanaşı, Azərbaycanın da beynəlxalq nüfuzunun artmasına şərait yaradır. Ölkəmiz, eyni zamanda, Afrika ölkələrinin enerji, kənd təsərrüfatı və nəqliyyat sahələrində inkişaf etməsinə töhfə vermək məqsədilə ortaq layihələrdə iştirak edir.

Azərbaycan Afrika ölkələrinin təhsil sahəsində inkişafını dəstəkləmək üçün tələbələrə təqaüdlər ayırır və akademik mübadilə proqramlarını təşviq edir. Həmçinin ölkəmiz Afrika dövlətləri ilə iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün biznes forumlar və sərgilər təşkil edərək, onların qlobal bazarlara inteqrasiyasını dəstəkləyir. Bu strateji yanaşma Azərbaycanın Afrikada etibarlı və səmimi tərəfdaş kimi qəbul olunmasına şərait yaradır. Bir sözlə, Azərbaycan və Afrika ölkələri arasında münasibətlər sürətlə inkişaf edir. Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 11-12-də Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan ədalətli və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalaraq Afrika qitəsi ilə əlaqələrini daha da gücləndirmək niyyətindədir. Bu münasibətlər həm Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həm də Afrikanın inkişafına töhfə verəcək. Azərbaycanın Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi qarşılıqlı fayda gətirəcək və uzunmüddətli strateji tərəfdaşlığa zəmin yaradacaq. Ümumiyyətlə, Azərbaycanın Afrika ölkələri ilə təmasları, əlaqələrinin inkişafı müsbət qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Somali Prezidenti ilə görüşü və hər iki tərəfin dövlət rəsmilərinin bir sıra əməkdaşlıq sazişlərini mübadiləsi hər iki dövlət üçün səmərəlidir. Həmin dövlətin Azərbaycana maraq göstərməsi ölkəmizin dünya arenasında, həmçinin Afrika ölkələrində də etibarlı tərəfdaş və güclü ölkə kimi özünü sübut etməsinin nəticəsidir. Enerji və başqa sahələrdə qarşılıqlı razılaşma və mübadilələr gələcəkdə Somalini ölkəmizə daha da yaxınlaşdıracaq. İqtisadi maraqlardan əlavə siyasi müstəvidə də bu kimi yaxınlaşmalar Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Uzun illər Azərbaycana qarşı qərəzli və subyektiv mövqe tutmuş Fransa Afrika ölkələrini istismar edib, sümürüb və xalqına qarşı ağır cinayətlər törədib. Somalinin son dövrlərdə ağır iqtisadi çətinliklərlə qarşılanmasına səbəb bəzi Qərb ölkələrinin vaxtilə Afrikanı sümürməsi, müstəmləkə siyasəti yürütməsi olub. Ancaq artıq onlar həmin istismarçı dövlətlərdən üz çevirib Türkiyə, Azərbaycan kimi etibarlı və güclü dövlətlərə üz tuturlar. Getdikcə də bu əlaqələr dərinləşəcək və münasibətlərin inkişafı həm həmin ölkələr, həm də Azərbaycan üçün faydalı nəticələrə gətirib çıxaracaqdır. Ümumiyyətlə,

Azərbaycanın Afrika ölkələri ilə münasibətlərinin sıxlaşdırılması dövlət başçısı İlham Əliyevin dərin, uzaqgörən və müdrik xarici siyasətinin təzahürüdür. Biz bu münasibətlərin faydasını, böyük dəyərini zaman keçdikcə görəcəyik. Azərbaycanın dünyada tanınması ilə yanaşı bütün münasib ölkələrlə müxtəlif sahələrdə fərqli əlaqələrin qurulması dövlətimizin daha da qüdrətlənməsi deməkdir. Eyni zamanda siyasi arenada tərəfdaş və dəstək qazanmaq deməkdir. Bütün bu fikirlər mətbuata verilən bəyanatda geniş formada əksini tapıb və inkişafın dayanıqlı olması üçün mühüm sənədlər imzalanıb.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Fevral 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri