Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Afrika xalqları Bakıda müstəmləkəçiliyə qarşı birləşir

Afrika xalqları Bakıda müstəmləkəçiliyə qarşı birləşir

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan neokolonializmdən əziyyət çəkən xalqlara dəstəyini artıracaq

Müstəmləkəçilik və ya kolonializm qəsbkar dövlətlərin müxtəlif xalqlara qarşı işğalçı siyasətinin təzahürüdür. Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu Qərb ölkələri tərəfindən törədilib. Bu baxımdan, Fransa digərlərindən “öndə” gedir. Milyonlarla afrikalı da Qərb ölkələrinin müstəmləkə siyasətinin qurbanı olub.

Fundamental insan hüquqlarının tapdanması isə müasir dövr müstəmləkəçiliyinin ən ağır təzahürüdür. Təzad bundan ibarətdir ki, müstəmləkəçi Qərb ölkələri demokratiyanı və insan hüquqlarının qorunmasını özlərinin təməl prinsipləri kimi bəyan ediblər. Ancaq həmin ölkələr Afrikada, Yaxın Şərqdə, Latın Amerikasında neokolonializmi davam etdirməklə insan hüquq və azadlıqlarına, məhəl qoymurlar. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir.

Fransa əsarətində saxladığı ölkələrin suverenliyinin məhdudlaşması, yeraltı və yerüstü sərvətlərinin talanması ilə yanaşı, fundamental insan hüquqlarının tapdanmasını ən ağır təzahürlər kimi adiləşdirib, özünün dövlət siyasətinə çevirib. Neçə illərdir ki, Mayot adasının sahibi olan Qəmər Adaları İttifaqı Fransanın müstəmləkə hakimiyyəti altında boğulur, bir çox ölkələr, o cümlədən, Qoşulamama Hərəkatı İttifaqın Mayot adası üzərində suverenliyini dəstəkləyən sərt bəyanatlar verib. Fransanın nəzarətində olan 190 min nəfər əhaliyə malik bu adanın suverenliyi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən tanınıb. Fransa isə beynəlxalq hüquqa hörmət qoymayaraq müstəmləkəçilik siyasətindən əl çəkmir, Mayot Adasının suverenlyini boğur, irtica siyasətini davam etdirir. Belə faktların sayını kifayət qədər artırmaq mümkündür.

Azərbaycan bu problemlə bağlı prinsipial mövqe nümayiş etdirir və Fransa kimi ölkələrin müxtəlif xalqlara qarşı repressiv siyasətinə etiraz səsini ucaldır. Eyni zamanda, müstəmləkəçiliyə qarşı aparılan  mübarizəyə siyasi və mənəvi dəstək verilir. Bakı Təşəbbüs Qrupunun yaradılması da bu məqsədə xidmət edir. Yeri gəlmişkən, Bakıda COP29 çərçivəsində müstəmləkəçiliyə və neokolonializmə qarşı tədbirlər keçirilib. Tədbirlərdə Fransa kimi ölkələrin müstəmləkə siyasətindən əziyyət çəkən xalqların nümayəndələrinə haqq səslərini ucaltmaq imkanı yaradılıb. 

Qeyd edək ki, Afrika ölkələrinin nümayəndələri də Bakıda yeni müstəmləkəçilik təzahürlərini və onun qarşısının alınması üçün birgə tədbirləri, əməkdaşlıq layihələrinin həyata keçirilməsini, həmçinin metropoliyaların müstəmləkə siyasəti nəticəsində ətraf mühitə və insan sağlamlığına dəymiş ziyanı müzakirə ediblər. Bu məsələlər Bakı Təşəbbüs Qrupunun nümayəndələri ilə görüşdə müzakirə olunub.

Görüşdə Mali, Toqo, Cibuti, Nigeriya, Kenya, Konqo Demokratik Respublikası və Mavritaniyadan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasətçilər, ekoaktivistlər və hüquq müdafiəçiləri iştirak ediblər.  “Paix & Lait” (Cibuti) təşkilatının sosial inkişaf üzrə mütəxəssisi Əbdülsəməd Səid Arrenin sözlərinə görə, müstəmləkə irsi müstəqillik əldə etdikdən sonra da bu ölkələrin inkişafına təsir göstərməyə davam edir: “Biz ədalət və bərabərliyə əsaslanan sosial tərəqqi üzərində işləməliyik”. “Biz ekologiyaya və gələcəyimizə ziyan vurmaqla istismar edilməyə davam edən təbii sərvətlərimizi qorumaq üçün səylərimizi birləşdirməliyik. Beynəlxalq korporasiyaların real məsuliyyətə cəlb edilməsinin vaxtı çatıb”. Bu fikirləri isə müstəmləkəçilikdən zərər çəkmiş Konqo Demokratik Respublikasının Ətraf Mühitin və Qorunan Ərazilərin Müdafiəsi Cəbhəsinin proqram direktoru Makelele Kauçu Alen Bisimva bildirib.

İnkişaf və Ağacların Qorunması və Bərpası naminə Təşkilatın (ASRAD) meneceri Fatumata Djire deyib ki, Azərbaycanın COP29-da neokolonializm mövzusunu da diqqətdən kənarda qoymaması təqdirə layiqdir. Onun sözlərinə görə, COP29 iqlim dəyişikliyinə həsr olunsa da, tədbirdə neokolonializm mövzusunu qaldırmaq hər dövlətin bacardığı iş deyildi: “Azərbaycanı COP29 təşkilatçılığına görə təbrik edirəm. BTQ bizə çox dəstək oldu. Azərbaycanın Qoşulmama hərəkatına sədrliyini də alqışlayıram. Bir dövlətin başqa dövlətin suverenliyi üçün bu cür can atması təqdirə layiqdir”.

Bütövlükdə, Azərbaycanın bu istiqamətdəki fəaliyyəti müstəmləkəçilikdən əziyyət çəkmiş xalqlar tərəfindən təqdir olunur. Bakı Təşəbbüs Qrupu neokolonializm siyasətindən əziyyət çəkən xalqlara dəstəyini daha da artıracaq.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Noyabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see756

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see322

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see310

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see306

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see272

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see263

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see260

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see257

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see252

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see248

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see244

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see239

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see226

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see226

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see218

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see212

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see206

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see205

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see204

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri