“Skylark” Zəfər Günü ərəfəsində uşaqları Şuşaya apardı Video
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Qısa müddət öncə Bakıda fəaliyyətə başlayan “Skylark” uşaq bağçası 8 Noyabr – Zəfər Günü münasibətilə körpə fidanlarını qəhrəmanlıq və qürur ünvanımız olan Şuşaya yola salıb.
Qəlbi Vətən eşqi, Azərbaycan sevgisi ilə döyünən bağça rəhbərliyi və müəllim kollektivi balalarımızı azad, bütöv və müstəqil Azərbaycanın, doğma Qarabağımızın övladları ilə görüşdürmək arzusunda idi.
Bu məqsədlə Şuşaya ünvanlanan məktub balaca fidanlarımızın unudulmaz səfərinə yol açıb. Biz də istədik ki, siz bu körpə fidanları tanıyasınız. Onların Şuşada necə böyük coşqu, sevinc və həvəslə çıxış etdiklərini, balaca ürəklərində necə böyük qəhrəmanlıq ruhu daşıdıqlarını görəsiniz. Onlar müharibə görməyən, zəfərin bəxş etdiyi azadlıqda böyüyən uşaqlardır. Onlar qalib Azərbaycanın xoşbəxt gələcəyidir! Biz inanırıq ki, Vətən sevgisi uşaqlara kiçik yaşlarından aşılanmalıdır. Çünki bu gün Vətən eşqi ilə böyütdüyümüz körpə fidanlar sabah Azərbaycanın qüruru, gücü və etibarlı keşikçiləri olacaqlar.
“Skylark” - sevgi ilə böyüyür, gələcəyə qanad açırıq!


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 08 Noyabr 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















