Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Ağ bayquşlar bədənlərini parlaq fənərə necə çevirirlər?

Ağ bayquşlar bədənlərini parlaq fənərə necə çevirirlər?

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İsveçrəli bioloqlar adi sarsaq bayquşların (Tyto alba) ov zamanı özlərini bəlli edən ağ lələklərə sahib olmasının səbəbini tapıblar. Məlum olub ki, bədrlənmiş ay fəzasında bu ağ yırtıcılar uçuş trayektoriyalarını elə qururlar ki, ay işığı bədənlərindən birbaşa qurbanın üzərinə əks olunsun və gəmiricilərdə qəfil qorxu, iflic reaksiyası yaratsın. Bu heyrətamiz taktika ağ rəngli erkək bayquşlara öz kürən (narıncı) növdaşları ilə müqayisədə daha az vaxt sərf etməklə daha çox qida əldə etmək imkanı verir. Gecə yırtıcısının belə parlaq rəngə sahib olması əslində gizlilik məntiqinə tamamilə ziddir, çünki bu, ovu öncədən hürküdə bilərdi. Uzun müddət zooloqlar sarsaq bayquşlarda rast gəlinən bu rəng rəngarəngliyinin sirrini açmağa çalışırdılar və bu barədə fərqli elmi fərziyyələr mövcud idi.

Məşhur "Current Biology" jurnalında dərc olunan tədqiqatın müəllifləri bu mexanizmləri vəhşi təbiətdə yoxlamaq üçün 69 erkək bayquşun kürəyinə GPS-trekerlər, akselerometr və barometrlərlə təchiz olunmuş miniatür aparatlar bərkidiblər. Sensorlar 354 gecə ərzində quşların koordinatlarını, sürətini və hündürlüyünü qeydə alıb, barometr və akselerometr isə quşun qəfil aşağı şığıma anını saniyəsinə qədər müəyyən edib. Bioloqlar ümumilikdə 17 600 ov fəndinin parametrlərini izləməyə nail olublar. Hər bir hücumun koordinatları Ayın hərəkətinin astronomik modeli ilə uzlaşdırılıb, həmçinin şığıma anında hər bir ağacın və binanın kölgəsini nəzərə alan ərazinin üçölçülü xəritəsi qurulub.

Məlumatlar sübut edib ki, ağ və kürən bayquşlar tamamilə fərqli strategiyalar tətbiq edirlər. Parlaq ay işığında ağ erkəklər hücum vektorunu elə qururlar ki, onların ağ döş qəfəsi ay işığını düz hədəfə yönəldən bir növ reflektora (güzgüyə) çevrilir. Gecə nə qədər işıqlı olurdusa, ağ bayquşlar meşənin kölgəli sahələrini bir o qədər tez tərk edib açıq sahələrə çıxırdılar. Kürən bayquşlar isə əksinə, kölgədə qalmağa üstünlük verir və Ayın mövqeyinə demək olar ki, əhəmiyyət vermirdilər.

Alimlər belə qənaətə gəliblər ki, ağ bayquşların bu addımı qurbanı qəfil qorxutmaq fərziyyəsini tam təsdiqləyir. Hər bir konkret fərdi şığımanın dəqiqliyi quşların rəngindən asılı olaraq dəyişməsə də, ağ erkəklər bədrlənmiş ay işığında bir saat ərzində daha çox siçan tutublar. Əks olunan qəfil işıq gəmiricilərdə hərəkətsizlik şoku yaradır, bu isə qurbanın müdafiəsiz qalma müddətini uzadır və uğurlu hücumların ümumi sayını artırır. Nəticədə ağ yırtıcılar yuvalarına daha çox yem gətirirlər.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyun 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see284

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see281

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see267

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see260

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see250

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see250

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see244

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see242

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see236

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see236

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see235

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see226

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see222

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see220

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see220

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see217

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see205

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see200

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see198

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri