Icma.az
close
up
RU
Ağ çörəyə sağlam alternativ çovdar çörəyinin inanılmaz FAYDALARI

Ağ çörəyə sağlam alternativ çovdar çörəyinin inanılmaz FAYDALARI

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Qidalanma mütəxəssisləri çovdar çörəyini həm ürək-damar sağlamlığı, həm də həzm sistemi üçün ən faydalı çörək növlərindən biri hesab edirlər. Tərkibindəki yüksək lif, vitaminlər və mineral maddələr sayəsində bu çörək bədəni bir çox xəstəliklərdən qoruyur.
Bizim.Media xəbər verir ki,qidalanma mütəxəssisləri çovdar çörəyini həm ürək-damar sağlamlığı, həm də həzm sistemi üçün ən faydalı çörək növlərindən biri hesab edirlər.
Tərkibindəki yüksək lif, vitaminlər və mineral maddələr sayəsində bu çörək bədəni bir çox xəstəliklərdən qoruyur.
Faydalarını sizə təqdim edirik:
1. Qan şəkərini stabilləşdirir:
Ağ undan fərqli olaraq, çovdar çörəyi aşağı qlisemik indekssə malikdir. Bu o deməkdir ki, qanda şəkərin səviyyəsini kəskin şəkildə artırmır və diabet riski olan şəxslər üçün daha uyğundur.
2. Həzm sistemini yaxşılaşdırır:
Çovdar çörəyindəki pəhriz lifi bağırsaq fəaliyyətini tənzimləyir, qəbizliyin qarşısını alır və sağlam mikrofloranın formalaşmasına kömək edir. Lif həm də orqanizmdən zərərli maddələrin xaric olmasını sürətləndirir.
3. Toxluq hissini uzadır:
Çovdar çörəyi uzun müddət toxluq hissi yaradır, bu isə arıqlamaq istəyənlər üçün böyük üstünlükdür. Onun tərkibindəki kompleks karbohidratlar enerjini tədricən bədənə ötürür və aclıq hissini azaldır.
4. Ürək və damar sağlamlığını qoruyur:
Tədqiqatlara görə, çovdar məhsulları xolesterin səviyyəsini aşağı salır, damar elastikliyini artırır və infarkt və insult riskini azaldır. Tərkibindəki maqnezium, sink və kalium ürək əzələsini gücləndirir.
5. İmmuniteti möhkəmləndirir:
Çovdar çörəyi B qrupu vitaminləri, dəmir və antioksidantlarla zəngindir. Bu maddələr sinir sisteminin fəaliyyətini dəstəkləyir, hüceyrələri sərbəst radikalların təsirindən qoruyur və immun sistemini gücləndirir.
Mütəxəssislər gündəlik rasionda ağ un məhsullarını məhdudlaşdırmağı və onların yerinə çovdar çörəyi kimi daha faydalı alternativlər seçməyi tövsiyə edirlər. Amma həzm problemləri və ya qlutenə həssaslığı olan insanlar bu çörəyi həkimlə məsləhətləşdikdən sonra istehlak etməlidirlər. (e-saglam.az)
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Oktyabr 2025 02:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri