Çovdar çörəyinin gizli faydaları aşkarlandı
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Çovdar çörəyi ürək sağlamlığı, həzm sistemi və qanda şəkərin səviyyəsinə nəzarət baxımından olduqca faydalıdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə dietoloq Simona Harunian “Health” nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, çovdar çörəyi bəzi göstəricilərinə görə hətta buğda unundan hazırlanan tam taxıllı çörəklərdən də üstündür. Çovdarın tərkibində həll olunan liflərin miqdarı daha çoxdur. Bu liflər “pis” xolesterinin səviyyəsini aşağı salır, bağırsaqların fəaliyyətini dəstəkləyir və faydalı bakteriyaları qidalandırır. Nəticədə həzm prosesi tənzimlənir və qəbizliyin qarşısı alınır.
Mütəxəssis qeyd edib ki, liflər qidanın həzmini ləngidərək uzunmüddətli toxluq hissi yaradır ki, bu da artıq çəkidən qorunmaq istəyənlər üçün mühüm amildir.
Dietoloq vurğulayıb ki, həm çovdar, həm də tam taxıllı çörəklər damar divarlarını yumşaldan, qan dövranını yaxşılaşdıran və arterial təzyiqi normada saxlayan minerallarla zəngindir. Bundan əlavə, aşağı qlikemik indeksə malik olduğu üçün çovdar çörəyi şəkərli diabet xəstələri üçün də ideal seçimdir.
Baxış sayı:109
Bu xəbər 24 Noyabr 2026 01:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















