Icma.az
close
up
RU
Ağ Ev fitili yandırdı: Tramp Qərbin özünə müharibə elan edir

Ağ Ev fitili yandırdı: Tramp Qərbin özünə müharibə elan edir

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-ın tərkib hissəsinə çevirmək istiqamətində yürütdüyü siyasət transatlantik münasibətlərdə yeni və təhlükəli bir mərhələnin başlanğıcına işarə edir. Vaşinqtonun bu məsələni artıq açıq siyasi təzyiq və strateji hədəf səviyyəsinə qaldırması ABŞ–Aİ münasibətlərində illərdir görünməyən gərginlik yaradıb.

Vaşinqton–Kopenhagen xəttində dalan
Danimarka xarici işlər naziri Lars Lökke Rasmussenin Vaşinqton səfəri və ABŞ rəsmiləri ilə keçirdiyi görüşlər göstərdi ki, tərəflər arasında mövqelər tam ziddir. Rasmussənin “Amerikanın mövqeyini dəyişdirə bilmədik” açıqlaması faktiki olaraq diplomatik dalanın etirafıdır.
Danimarka üçün məsələ yalnız ərazi bütövlüyü deyil, həm də beynəlxalq hüququn əsas prinsiplərindən biri olan xalqların öz müqəddəratını təyinetmə hüququdur. Qrenlandiyada legitim hökumətin və əhalinin böyük əksəriyyətinin Danimarka Krallığının tərkibində qalmaq istədiyi bir şəraitdə Trampın ilhaq ritorikası Avropa paytaxtlarında ciddi narahatlıq doğurur.

ABŞ-ın təhlükəsizlik arqumenti və gizli geosiyasi hesablar
Rəsmi Vaşinqton Qrenlandiya məsələsini Arktikada dəyişən təhlükəsizlik mühiti ilə əsaslandırmağa çalışır. Həqiqətən də Arktika artıq yalnız ekoloji və iqtisadi zona deyil, böyük güclərin rəqabət meydanıdır. Lakin Tramp administrasiyasının ritorikası təhlükəsizlik çərçivəsini aşaraq açıq territorial iddiaya çevrilir.
Bu isə Avropa üçün təhlükəli presedent yaradır: əgər müttəfiq dövlət güc yolu və ya təzyiq vasitəsilə başqa bir müttəfiqin ərazisi üzərində iddia qaldıra bilirsə, bu, bütün kollektiv təhlükəsizlik arxitekturasını sarsıdır.

Brüsselin reaksiyası: hüquq, NATO və “diş göstərmə” mərhələsi
Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin açıqlamaları Brüsselin məsələyə artıq strateji təhlükə kimi baxdığını göstərir. Xüsusilə Kallasın “beynəlxalq hüquq kiçik ölkələri qoruyan yeganə mexanizmdir” fikri Avropanın mövqeyinin ideoloji əsasını ortaya qoyur.
Avropanın cavabı yalnız diplomatik bəyanatlarla məhdudlaşmır. Qrenlandiyada “Arktik Dözümlülük” adı altında keçiriləcək hərbi təlimlər və Fransa, Almaniya, Britaniya kimi aparıcı ölkələrin bu prosesə qoşulması Aİ-nin ABŞ-a simvolik, lakin açıq mesajıdır: Qrenlandiya məsələsi Avropanın qırmızı xəttidir.

NATO daxilində səssiz çatlar
Ən təhlükəli məqam ondan ibarətdir ki, bu gərginlik birbaşa NATO-nun daxilində baş verir. Alyansın əsas dayağı olan ABŞ-la Avropa müttəfiqləri arasında inamın aşınması NATO-nun kollektiv müdafiə funksiyasını zəiflədə bilər.
Reallıq isə dəyişmir: Avropa orduları ABŞ-la hərbi qarşıdurma potensialına malik deyil. Bu, daha çox siyasi təzyiq və çəkindirmə xarakteri daşıyır. Lakin belə bir qarşıdurmanın özü belə Qərbin strateji birliyinə ciddi zərbədir.

Trampın təzyiq rıçaqları və Rusiya faktoru
Donald Trampın Avropa üzərində kifayət qədər təzyiq alətləri var. Ukrayna müharibəsi, NATO daxilində maliyyə yükü, Rusiya ilə dialoq kanalları bu rıçaqların əsasını təşkil edir. Tramp Moskva faktorunu Avropa üçün bir növ “Domokl qılıncı” kimi saxlayır.
Bu vəziyyətdən ən çox fayda götürə biləcək tərəflər isə Rusiya və Çindir. Qərb daxilində parçalanma nə qədər dərinləşərsə, Moskva və Pekinin üzərindəki sanksiya və siyasi təzyiqlər bir o qədər zəifləyə bilər.

Uduzan kollektiv Qərbdir
Qrenlandiya ətrafında yaranan böhran nə ABŞ, nə də Aİ üçün strateji qazanc vəd edir. Əksinə, bu proses müttəfiqlər arasında etimadın aşınmasına, beynəlxalq hüququn zəifləməsinə və Qərbin qlobal mövqelərinin sarsılmasına yol açır.
Əgər bu xətt davam edərsə, Qərbin əsas rəqibləri olan Rusiya və Çin üçün yeni fürsət pəncərələri açılacaq. Bu isə artıq yalnız Qrenlandiya yox, qlobal güc balansı məsələsidir.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Yanvar 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri