Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Öskürəyə nə yaxşı təsir edir?

Ağ Ev Kremlin Axilles dabanı nı tapıb, ardıcıl zərbələr endirir: Rusiyanın müqavimət potensialı isə tükənir

Ağ Ev Kremlin Axilles dabanı nı tapıb, ardıcıl zərbələr endirir: Rusiyanın müqavimət potensialı isə tükənir

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa Birliyi atəşkəs və ya Kremlin maraqlarına uyğun sülh sazişi imzalansa belə, Rusiyaya qarşı sanksiyaların ləğv edilməyəcəyini israrla vurğulayır... Bu, Ağ Evə müəyyən ciddi problemlər yaratmış olsa da, əslində, ABŞ-a Rusiya ilə sövdələşmələrdə əlavə təzyiq və manevr mexanizmləri də qazandırır...

Ukrayna savaşının dayandırılması ilə bağlı proses artıq öz əvvəlki məzmun və keyfiyyətindən ciddi şəkildə uzaqlaşmağa başlayıb. Belə ki, əsas hədəf tədricən arxa plana keçirilməyə başlayıb və onun əvəzində özəl maraqlara bağlı daha xırda məqsədlər qabardılmsqdadır. Hər halda, hazırda Ukrayna və Rusiya arasında yaxın vaxtlarda sülh sazişinin imzalanma ehtimalı barədə demək olar ki, danışılmır. Və bu, Ukrayna savaşının qısa müddətdə dayandırılma ehtimallına böyük şübhələr yaradır.

Ölkə.az "Yeni Müsavat"a istinadən bildirri ki, onu da qeyd etmək lazımdır ki, Tramp adminstrasiyası hazırda əsas hədəf olaraq, Ukrayna və Rusiya arasında 30 günlük atəşkəsə nail olunmasına çalışır. Üstəlik, danışıqlar prosesinin belə mövzular üzərindən yürüdülməsi həm ABŞ-ın, həm də Ukrayna savaşının məhz Rusiyanın maraqlarına uyğun şərtlərlə dayandırılmasına müqavimət göstərməyə çalışan Avropa Birliyi ölkələrinə sərfəlidir. Və Ağ Ev prezident Donald Trampın verdiyi vədləri yerinə yetirə bilməməsinə müəyyən arqumentlərlə haqq qazandırmaq imkanları qazanmış kimi görünür.

Məsələ ondadır ki, ABŞ-Rusiya və ABŞ-Ukrayna danışıqlar masasında əsl "siyasi bazarlıq" mövcuddur. Yəni, indiyə qədər heç bir anlaşma mövcud deyil, razılaşma olaraq, təqdim olunanlar isə ən yaxşı halda, sadəcə, özəl maraqları ifadə edən "sövdələşmə"dir. Kremlə Rusiyanın maraqlarına uyğun sülh sazişi lazımdır. Üstəlik, Kreml bu sazişə Rusiyanın tam çökməsinə imkan vermədən dərhal nail olmağa çalışır. Və Ağ Evdə Rusiyanın bu zəif yerini, yəni, Kremlin "Axilles dananı"nı tam dəqiqliyi ilə bilirlər.

Ona görə də, Tramp adminstrasiyası Rusiya prezidenti Vladimir Putini vaxtaşırı tərifləməklə yanaşı, Kremlə bəzi yeni şərtlər irəli sürür. Bununla da, ABŞ-ın maraqlarına uyğun daha çox siyasi-iqtisadi güzəştlər qoparmağa çalışır. Bəzi məlumatlara görə, Rusiya və Ukraynanın enerji sektoruna qarşılıqlı zərbələrdən imtina, eləcə də, Qara dənizdə atəşkəs barədə anlaşmalar da Ağ Evə yalnız siyasi deyil, həm də strateji dvidentlər qazandırıb. Və buna paralel olaraq, Kreml də indi özünün Rusiyanın əsas problemlərinin aradan qaldırılmasına yönəlik şərtlər irəli sürmək hüququ olduğuna inanmağa başlayıb.

Maraqlıdır ki, Ər-Riyadda keçirilmiş son ABŞ-Rusiya görüşündə amerikalıların ruslardan çoxsaylı tələblər eşitdikləri bildirilir. Hətta bu barədə dəqiq məlumatlar əldə edən rəsmi Kiyev ciddi narahatlıq içərisində buna sərt reaksiya vermək məcburiyyətində qalıb. Bu baxımdan, Ukraynanın xarici işlər naziri Andriy Sıbihanın son açıqlamalarını Ağ Evə rəsmi Kiyevin açıq etiraz mesajı da hesab etmək olar.

Ukraynalı nazir Rusiyanın manipulyasiyalar etməyə, razılaşmaları sanksiyaların ləğvi və digər məsələlərlə şərtləndirməyə çalışdığını bildirib. Onun fikrincə, bu cəhdlər Kremlin bütün açıqlamalarında özünü qabarıq şəkildə göstərir. Ukraynalı nazir hesab edir ki, Rusiya davamlı olaraq, yalan üzərində formalaşmağa çalışır, ancaq Kreml müharibəni uzatmağa davam edərsə, buna bütün dünya şahid olacaq. Və Andriy Sıbiha öz fikrini Ukraynanın artıq qəbul etdiyi ABŞ-ın 30 günlük tam atəşkəslə bağlı təklifindən Rusiyanın müxtəlif bəhanələrlə yayınması ilə arqumentləşdirib.

Ukrayna siyasi dairələri israrla Rusiyanın açıqlamalarına inanmadığını vurğulayır. Rəsmi Kiyev əmindir ki, Qərb siyasi dairələri də Kremlin açıqlamalarına deyil, məhz Rusiyanın real davranışlarlna diqqət etməlidir. Çünki çox tezliklə Rusiyanın sülhə ciddi yanaşıb-yanaşmadığını, yaxud da ABŞ-ı və dünyanı aldatmağa çalışdığını müəyyən etmək üçün münbit şərait yaranacaq. Rəsmi Kiyev hesab edir ki, Rusiyaya sərt təzyiq variantı Kremlin manipulyasiyalarına və yalanlarına qarşı yeganə doğru vasitədir. Çünki Rusiya  öz manipulyasiyalarına və razılaşmaları  pozmasına görə müvafiq əks nəticələrlə mütləq üzləşməlidir.

Nə qədər qəribə də olsa, Kreml öz açıqlamaları ilə həqiqətən də rəsmi Kiyevi haqlı çıxarmaqda davam edir. Ukraynanın beynəlxalq hüquqla tanınmış ərazilərini işğal etmiş Rusiyanın xarici işlər naziri Sergey Lavrov bütün günahı məhz Bayden adminstrasiyasının üzərinə yükləməyə çalışıb. Onun fikrincə, Bayden adminstrasiyası tərəfindən Rusiya-ABŞ münasibətləri məqsədyönlü şəkildə bilərəkdən korlanmışdı və Ağ Evin keçmiş sahibinin davranışları "axmaqlıq" idi, daha çox "uşaq bağçası incikliyi"nə bənzəyirdi.

Rusiyanın xarici işlər naziri hesab edir ki, hazırda ciddi fikir ayrılıqları olsa da, Kreml və Ağ Ev arasında siyasi dialoq bərpa edilib, ölkələr arasında münasibətlər normallaşmağa başlayıb. Onun iddiasına görə, indi Rusiya və ABŞ yalnız Ukrayna məsələsini deyil, digər önəmli mövzuları da müzakirə edirlər. Və onun "digər önəmli mövzuları" vurğulanması, qapalı görüşlərdə hər iki tərəfin maraqlarına uyğun sövdələşmələrin olduğunu göstərir.

Təbii ki, Kremlin hazırda əsas problemləri birmənalı şəkildə Rusiyaya qarşı beynəlxalq sanksiyalardan qaynaqlanır. Kreml Avropa Birliyi ölkələrini Ukrayna böhranının nizamlanması prosesini əngəlləməkdə suçlayır. Avropa Birliyi isə atəşkəs və ya Kremlin maraqlarına uyğun sülh sazişi imzalansa belə, Rusiyaya qarşı sanksiyaların ləğv edilməyəcəyini vurğulayır.

Belə vəziyyət Ağ Evə müəyyən problemlər yaratmış olsa da, ABŞ-a Rusiya ilə sövdələşmələrdə əlavə təzyiq və manevr mexanizmləri qazandırır. Bu baxımdan, Tramp adminstrasiyası sanksiyaların ləğvi əvəzində ciddi güzəştlərə məcbur olan Rusiyanın "Axilles dabanı"ndan Kremlə ardıcıl zərbələr endirməklə, ABŞ-ın strateji maraqlarını təmin etməyə cəhd göstərir. Və Ağ Evin hiyləgər oyun qaydalarına Kremlin müqavimət potensialının nə vaxta qədər yetərli olacağı da indi böyük maraq doğurur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Mart 2025 00:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see226

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see152

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see144

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see140

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri