Icma.az
close
up
RU
Ağ Ev sözünün üstündə durur

Ağ Ev sözünün üstündə durur

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vaşinqton razılaşması Cənubi Qafqazda sülhün reallaşmasına xidmət edir

8 avqust 2025-ci ildə Prezident Trampın ev sahibliyi və şahidliyi ilə tarixi Sülh Zirvəsində müəyyən edilən prinsipləri özündə əks etdirən TRIPP İcra çərçivə sənədi bu layihənin ümumi uğuru üçün suverenliyin, ərazi bütövlüyünün və qarşılıqlı etimadın vacibliyini vurğulayır.

Sənədin giriş hissəsində deyilir ki, layihənin əsas məqsədi Ermənistan və Azərbaycanın rifahını və təhlükəsizliyini gücləndirmək, regional ticarəti və əlaqələri genişləndirməklə yanaşı, Mərkəzi Asiyanı və Xəzər dənizini Avropaya birləşdirən yeni tranzit imkanları yaratmaqla ABŞ ticarətini təşviq etməkdir.

Sənədin ümumi təsvirində yazılır ki, TRIPP dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında regional sülhə, sabitliyə və inteqrasiyaya töhfə verən Ermənistan ərazisində problemsiz, çoxmodal tranzit əlaqəsi yaratmağı hədəfləyir. Daha sonra Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə və Transxəzər ticarət marşrutunda həyati əhəmiyyətli əlaqə yaratmaqla, Ermənistan Respublikası üçün beynəlxalq və daxili əlaqənin qarşılıqlı faydalarının yaradılacağı qeyd olunur.

Məhz bu aspektdən yanaşaraq demək olar ki, TRIPP İcra çərçivə sənədini 8 avqust Vaşinqton görüşündən sonrakı müsbət dinamikanın davamı, eyni zamanda, rəsmi İrəvanın Birgə Bəyannamədə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində atdığı real addımlardan biri kimi dəyərləndirmək olar.

Azərbaycan üçün bu sənəd Trampın adını daşıdığı TRIPP – Zəngəzur dəhlizinin açılması üçün ABŞ-ın qətiyyətli mövqeyinin və Ermənistanın 5 ay bundan əvvəl layihə ilə bağlı götürdüyü öhdəliyini yerinə yetirməsinin nümayişi kimi əhəmiyyət daşıyır.

“Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir. Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində söyləyib. Prezident onu da bildirib ki, biz Zəngəzur dəhlizinə, ilk növbədə, Naxçıvan ilə əlaqə kimi, həm də beynəlxalq nəqliyyat dəhlizi kimi baxırıq.

Beləliklə, rəsmi Bakının müəllifi olduğu sülh gündəliyinin tam yerinə yetiriləcəyinə şübhələri aradan qaldıran növbəti mərhələ də keçildi.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Yanvar 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see421

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see306

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see298

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see295

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see294

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see293

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see292

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see288

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see286

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see272

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see260

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see256

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see254

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see252

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see250

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see250

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see249

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see249

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see248

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see247
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri