Ağ Ev: Tramp İranla bağlı bütün mümkün variantları nəzərdən keçirir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 16 fevral, AZƏRTAC
ABŞ-ın İrana qarşı potensial hərbi əməliyyatı ilə bağlı xəbərlərə cavab olaraq Ağ Ev Prezident Donald Trampın bütün mümkün ssenariləri nəzərdən keçirdiyini açıqlayıb.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ administrasiyasının mətbuat katibinin müavini Anna Kelli bildirib.
Onun sözlərinə görə, Tramp müxtəlif fikirləri öyrənir, lakin son qərarları ölkənin maraqlarına və milli təhlükəsizliyinə əsaslanaraq verir.
Agentlik, həmçinin qeyd edib ki, Pentaqon hücuma hazırlıq barədə xəbərlərə şərh verməkdən imtina edib.
Bir müddət əvvəl “Reuters” Birləşmiş Ştatlar rəsmilərinə istinadla onu da bildirmişdi ki, Trampın hücum əmri verəcəyi təqdirdə ABŞ Silahlı Qüvvələri İrana qarşı davamlı əməliyyatlar aparmağa hazırlaşır.
“ABŞ ordusu təkcə nüvə infrastrukturuna deyil, həmçinin İranın dövlət və təhlükəsizlik obyektlərinə zərbə endirə bilər”, - deyə agentliyin mənbələrindən biri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:202
Bu xəbər 16 Fevral 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















