“Turan”ın voleybolçusundan ürəkləri isidən hərəkət VİDEO
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın qadınlardan ibarət voleybol millisinin liberosu, “Turan” komandasının təcrübəli oyunçusu Yuliya Kərimova meydandan kənarda nümunəvi davranışı ilə yadda qalıb.
İdman.Biz xəbər verir ki, voleybolçu komandanın düşərgəsində özünə sığınacaq tapan yaşlı küçə itinə xüsusi qayğı göstərib.
Kərimova öz yeməyini dördayaqlı dostu ilə bölüşməklə kifayətlənməyib. O, itin yaşlı olduğunu nəzərə alaraq gətirdiyi yeməyin içərisindəki ət parçalarını əlləri ilə xırdalayıb və heyvanı əli ilə yemləyib.
Meydanda çevikliyi, mübarizliyi və fədakarlığı ilə seçilən Yuliya Kərimova bu dəfə idmançı keyfiyyətləri ilə deyil, heyvanlara qarşı həssas və mərhəmətli münasibəti ilə diqqət mərkəzinə düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 10 Noyabr 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















