Icma.az
close
up
RU
Ağ Ev və Qırmızı meydanın yaxınlaşması hansı fəlakəti gətirir?

Ağ Ev və Qırmızı meydanın yaxınlaşması hansı fəlakəti gətirir?

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Keçən həftə ABŞ-Ukrayna-Rusiya arasında baş verən “sülh planı” müzakirələri bir daha göstərdi ki, bütün cəhdlərinə baxmayaraq, Avropa liderlərinin Trampa təsir etmək imkanları, gücü yoxdur. Tramp isə əksinə, bu günlərdə bütün Avropanı, konkret hədəf olaraq “üç avropalı” adlandırdığı Böyük Britaniya, Fransa və Almaniya liderlərini kəskin tənqid etdi və onları hadisələrə düzgün qiymət vermək qabiliyyətində olmayanlar kimi dəyərləndirdi. Ukrayna sülh razılaşması məsələlərinə müdaxilə etməkdən kənarlaşdırılmış Avropa liderləri ABŞ prezidenti qarşısında gücsüz olduqlarını göstərdilər. Donald Tramp isə Kremlin maraqlarına uyğun olan “sülh planı” təklif etməkdə davam edir və Avropanı açıq şəkildə hərəkətsizlikdə ittiham edərək bildirir ki, Putinin bu müharibədə üstünlüyü var və buna görə də Zelenski Kremlin şərtlərini qəbul etməlidir.                       

 Artıq açıq hiss olunur ki, tez-tez ifadə etdiyimiz “Avropa liderləri” şəxsiyyətə görə yox, statusa görə səsləndirilir. Əslində, Avropada lider qıtlığı yaşanır. Həm də, yalnız Avropa səviyyəsi üçün deyil, dünya səviyyəsində qəbul olunacaq Avropa lideri çatışmır. Yaxın tarixdə biz belə liderləri və onların dünya səviyyəsində rollarını, yeritdikləri əzəmətli siyasəti görmüşük.

Böyük filosof Hegelin baxışlarına görə, “tarixi zərurətin daşıyıcısı tarixi istiqamətləndirən bəşəri ağıldır”. Müasir dövrümüzdə bəşəri ağıla sahib olub tarixi istiqamətləndirən şəxsiyyətin olmaması, Putin və Tramp kimi dünyanı xaosa çevirənlərin meydan sulamasına gətirib çıxarır. Təəssüf ki, böyük, güclü dövlətin başında bu tələblərə cavab verə bilməyənlər əyləşəndə dünya düzəninin təməli haqsızlığın, ədalətsizliyin əsasında qurulur və növbəti fəlakəti qaçılmaz edir. Tarixi ədalətlə istiqamətləndirən şəxsiyyətin rəsmi vəzifəsi, dövlət başçısı statusu olmadan da, dünyanı doğru yola apara bilər. Klassik nümunələr də az deyil.

Uinston Çörçill İkinci Dünya müharibəsindən sonra ölkənin baş naziri seçilməyəndə həkimlərin məsləhəti ilə ABŞ-a gəlir və Floridada istirahət edir. ABŞ prezidenti Trümen “beynəlxalq vəziyəti” Fultonda müzakirə etməyi planlaşdırır. Əsas məruzəni kimin edəcəyi müzakirə olunanda Trümen deyir:” Çörçill Floridada dincəlir. Gedin onu dəvət edin. Dünyanın siyasi mənzərəsi və perspektivi haqqında ondan yaxşı kim danışa bilər ki..? “ 5 mart 1946-cı ildə Vestminster kollecində Çörçill “ Sülhün əzələləri” adlı məruzə ilə çıxış edir və bu çıxış NATO-nun, Avropa Şurasının yaranmasının əsasını qoymaqla bərabər, “soyuq müharibə”nin başlanğıcı kimi də qəbul edilir. O çıxışda bir məqam sanki Rusiyanın Ukrayna müharibəsindən sonra hansı addımlar atacağı ilə səsləşir: “Sovet Rusiyasının və onun kommunist ideyalarının yaxın gələcəkdə nə etmək niyyətində olduğunu və yaxud onların ekspansionist siyasətlərinin sərhədlərinin harada bitəcəyini  heç kim bilmir”.

 Dünən NATO-nun baş katibi Mark Rutte də Berlində keçirilən mətbuat konfransında bildirib ki, alyansa üzv ölkələr "Rusiyanın növbəti hədəfidir. Babalarımızın və ulu babalarımızın yaşadığı müharibənin miqyasında ola biləcək bir müharibənin qarşısını almaq üçün hər cür səy göstərilməlidir”.

Amma, Avropada hələ də bir arxayınçılıq var ki, Rusiya Avropaya hücum etməyəcək. Görünür bu sadəlövh yanaşmanı düzgün dəyərləndirən Rutte həyəcanla qeyd edib ki, NATO-nun çoxlu müttəfiqi Avropada Rusiya təhdidinin təxirəsalınmazlığını anlamır və belə bir müharibənin qarşısını almaq üçün müdafiə xərclərinin və istehsalının sürətlə artırılmasını tələb etdiyini başa düşmür.

 Kim Trampın qarşısına çıxıb onun səhv yolda olduğunu deyəcək və ardınca ən azı BMT-sessiyasını çağırıb dünya ölkələrini Putin və ABŞ-a qarşı qoyacaq? Tramp Ukrayna lideri Zelenskə nifrət püskürür, bütün Avropaya ( Orban xaric) diplomatik müharibə elan edib, təəssüf ki, qoca qitədən cavablar hələlik çox yumşaqdır.  Yalnız dünən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen sərt şəkildə bildirdi ki, “ ABŞ prezidenti Donald Tramp Avropa demokratiyasının işinə qarışa bilməz”.

Xanım Lyayen Trampın hakimiyyətində ABŞ-la Avropanın münasibətlərinin dəyişdiyini açıq şəkildə etiraf edib. Səbəbinin isə yalnız Tramp olmadığını, həm də Avropanın özünün dəyişdiyini qeyd edib. O, Avropanın mövqeyini və güclü tərəflərini müəyyən etməyin və buna uyğun da siyasət yürütməyin vacibliyini vurğulayıb. “Gəlin bunun üzərində işləyək. Bununla fəxr edək. Vahid Avropanı müdafiə edək. Bu, bizim vəzifəmizdir... özümüzə baxmaq və özümüzlə fəxr etmək", - deyə Ursula fon der Leyen bildirib.

Tramp Ukrayna sülh prosesindən Avropanı təcrid etməklə Putin təcavüzünə xidmət etmiş olur, baxmayaraq ki, müharibənin nəticələri Amerikadan daha çox Avropa üçün vacibdir. Avropa müdafiə qabiliyyətini artırıb ABŞ-dan asılılığını bitirəcək, amma müharibənin getdiyi indiki vaxtda bu olduqca çətindir və Rusiya təhlükəsi getdikcə artır. Ona görə də Ukraynanın ABŞ-ın təzyiqi ilə Putinin şərtlərini qəbul etməsi Avropanın başı üzərində Rusiya qılıncının daim mövcudluğuna gətirib çıxaracaq.

 Avropa üçün dəhşətli və ağır bir dövrdür. Ağ Ev və Kremlin yaxınlaşması yalnız Ukraynanı deyil, bütün Avropanı daim təhdid və təhlükədə saxlayacaq. Avropa dövlətlərinin başçıları Ursula fon der Lyayenin cəsarətindən ibrət götürüb ABŞ-ın, konkret olaraq Trampın üzərinə getməli və okeanın o tayında olmağın heç də Putin təhlükəsindən sığortalanmadığını bildirməlidirlər.

P.S. Çörçilin Fultondakı məruzəsinin adı “ Sülhün əzələləri” olub. Avropa Ukraynada sülhə nail olub öz təhlükəsizliyini də təmin etmək üçün əzələ nümayiş etdirməlidir.

İlham İsmayıl

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Dekabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri