Icma.az
close
up
RU
Ağ Evin Arktikada “sabitlik axtarışı”

Ağ Evin Arktikada “sabitlik axtarışı”

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bəs niyə Qrenlandiya?

Uzun müddətdir istər yerli, istərsə də beynəlxalq medianın gündəmində Qrenlandiya məsələsi dayanır. Söhbət ABŞ-ın həmin ərazini özünə birləşdirmək istəməsindən gedir. Bir çoxlarının beynində sual yaranır ki, bu adaya maraq nədən irəli gəlir? Sualı cavablamaq üçün bölgənin üstünlüklərini bilməyimiz lazımdır.

Əvvəlcə vurğulayaq ki, artan beynəlxalq gərginliklər, qlobal istiləşmə və dünya iqtisadiyyatındakı dəyişmələr səbəbindən bu gün Qrenlandiya qlobal ticarət və təhlükəsizlik debatlarının episentrində dayanır. Ərazinin coğrafi mövqeyi onu Şimali Amerika və Avropa arasında strateji körpüyə çevirir. Bölgənin təqribən üçdə iki hissəsi Arktik dairənin üstündə yerləşir. Məkan İkinci Dünya müharibəsindən bəri Şimali Amerikanın müdafiəsi üçün həlledici sayılır.

Qısa haşiyəyə çıxaraq onu da qeyd edək ki, müharibə zamanı ABŞ faşist Almaniyasının adanı ələ keçirməsinin qarşısını almaq və Şimali Atlantik okeanındakı dəniz yollarını qorumaq məqsədilə Qrenlandiyanı tutmuşdu. Qrenlandiya həm də Şimali Atlantikdən Şimal Buzlu okeana çıxışda yerləşdiyi üçün Arktikada artan aktivlik dövründə strateji dəniz yollarına nəzarət baxımından vacibdir. Çünki adanın Avropa və Şimali Amerika arasındakı mövqeyi onu qitələrarası əlaqələrdə əvəzsiz edir.

Digər mühüm məqam Qrenlandiyanın Şimal qütbü yaxınlığındakı müdafiə şəbəkəsinin ayrılmaz hissəsi olmasıdır. Adanın şimal-qərbində yerləşən Pituffik kosmik bazası (əvvəlki Thule Hava Bazası) ABŞ Müdafiə Nazirliyinin hərbi obyektidir (1951-ci ildə Danimarka ilə imzalanmış müdafiə sazişi çərçivəsində qurulub). Qrenlandiya, həmçinin GIUK adlanan (Qrenlandiya–İslandiya–Birləşmiş Krallıq) müdafiə xəttinin bir hissəsidir. Beləliklə, Qrenlandiya Arktikada hər hansı rəqib dövlətin hərbi nüfuz qazanmasının qarşısını almaqda və Şimal qütbü istiqamətindən gələn təhdidlərin aşkarlanmasında vacib rol oynayır.

Qrenlandiyanın önəminin digər bir səbəbi onun zəngin təbii ehtiyatlarıdır. Ada, xüsusilə müasir texnologiya üçün vacib olan nadir torpaq metalları və minerallar baxımından diqqət çəkir. Nadir torpaq elementləri mobil telefonlar, kompüterlər, elektrik batareyaları və gələcək onilliklərdə dünya iqtisadiyyatının hərəkətverici qüvvəsi olacaq yüksək texnologiyalı cihazların istehsalında əvəzsiz komponentlərdir. Çin hazırda bu strateji xammal bazarında öndə olsa da, Qrenlandiyanın ehtiyatları Pekindən asılılığı azaltmaq üçün cəlbedici perspektivdir.

Bölgənin qlobal iqlim dəyişmələrinə təsirini də gözardı etmək olmaz. Arktikadakı qütb buzlaqlarının əriməsi yeni imkanlar və risklər yaradır. Son onillikdə artan qlobal istiləşmə Arktik okeanındakı buz səthini incəldərək Asiya və Avropa arasında Şimal-Qərb keçidi kimi yeni dəniz ticarət yollarının açılması perspektivini yaradıb. Bu, uzaq marşrutları qısaldaraq ticarəti asanlaşdıra bilsə də, eyni zamanda, regionda böyük güclər arasında rəqabəti alovlandırır. Digər tərəfdən, Qrenlandiyanın nəhəng buz örtüyü sürətlə əriməkdədir. Alimlərin hesablamalarına görə, təkcə Qrenlandiya buzlaqlarının tam əriməsi dünya üzrə dəniz səviyyəsini təxminən 7 metr yüksəldə bilər. Belə kəskin artım ABŞ-ın da daxil olduğu sahilyanı ölkələr üçün ciddi təhdid deməkdir. Deməli, ABŞ Qrenlandiyadakı iqlim proseslərinə həm elmi, həm də təhlükəsizlik aspektindən böyük önəm verir. Adanın ətraf mühitində baş verən dəyişikliklər birbaşa qlobal iqtisadiyyata, o cümlədən ABŞ-ın hərbi infrastrukturlarına və iqtisadi maraqlarına təsir göstərə bilər. Bu səbəbdən, iqlim dəyişmələri kontekstində də Qrenlandiya ABŞ-ın strategiyasında mərkəzi yer tutur.

Yeri gəlmişkən, Arktika regionu artıq böyük güclərin rəqabət meydanına çevrilib və Qrenlandiya bu prosesdə Qərb üçün mühüm strateji üstünlükdür. Nəzərə alınmalıdır ki, Rusiya geniş Arktik bölgələr üzərində nüfuzunu artırmağa çalışmaqla Sovet İttifaqı dövründən qalan hərbi infrastrukturunu bərpa etməyə çalışır. Moskvanın 2014-cü ildən bəri bir neçə yeni hərbi baza açaraq köhnə aerodromları yenidən qurması da bunu təsdiqləyir. Çin də Arktikaya artan maraq sərgiləyir. 2018-ci ildə Pekin özünü “demək olar ki, Arktika dövləti” elan etmiş və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Arktik dəniz marşrutu qurmağı planlaşdırdığını bəyan etmişdi. ABŞ rəsmilərinə gəldikdə, onlar bu cür addımları narahatlıqla izləyirdi. Hətta keçmiş dövlət katibi Mayk Pompeo Arktik okeanının “yeni bir Cənubi Çin dənizinə” çevrilə biləcəyini vurğulayaraq bölgədə hərbiləşmə riskinə diqqət çəkmişdi. Rusiya-Ukrayna müharibəsi fonunda Avropa liderlərinin də Arktika regionuna diqqəti artıb. Bütün bunlar göstərir ki, Qrenlandiya Arktikada gedən geosiyasi rəqabətdə ABŞ üçün strateji əhəmiyyət daşıyan bir mövqe kimi dəyərləndirilir.

Sonda qeyd edək ki, qlobal təhlükəsizlik mühiti sürətlə dəyişir və bu dəyişikliklər klassik region anlayışlarını arxa plana keçirir. Arktika artıq periferiya hesab edilmir, əksinə, yeni qlobal rəqabət zonalarından birinə çevrilir. Qrenlandiya isə ABŞ tərəfindən bu transformasiyanın mərkəzində yerləşən sabit dayaq kimi qəbul edilir. Daha dəqiq desək, Vaşinqtonun strategiyasında Qrenlandiya “təhlükəsizlik üçün sığorta mexanizmi” rolunu oynayır.

Elçin MİRZƏBƏYLİ,
Milli Məclisin deputatı

Donald Trampın Qrenlandiyanı nəzarətə götürəcəyinə dair səsləndirdiyi ideya ilk baxışdan populist təsiri bağışlasa da, bəyanatın arxasında ABŞ-ın uzunmüddətli geosiyasi strategiyası, Arktika regionunda dəyişən güc balansı və Ağ Ev liderinin özünəməxsus siyasi instinktləri dayanır. Daha dəqiq desək, Qrenlandiya məsələsi XXI əsrin yeni geopolitik xəritəsinin formalaşma prosesinin tərkib hissəsidir.

Müasir geosiyasətdə işğallar klassik formada həyata keçirilmir. Artıq bir dövlətin ərazisinə birbaşa hücum etməkdən daha çox, təhlükəsizlik riski, humanitar məsuliyyət və ya geosiyasi zərurət adı altında mərhələli müdaxilə modelləri tətbiq olunur. Qrenlandiya üçün də oxşar mexanizmin işə salınması mümkündür. Rusiya və ya Çin təhlükəsinin qabardılması, müvəqqəti təhlükəsizlik tədbirləri adı altında hərbi mövcudluğun genişləndirilməsi və yerli idarəetmənin aciz göstərilməsi bu prosesin tərkib hissəsi ola bilər. Son mərhələdə isə öz müqəddəratını təyinetmə şüarı altında legitimlik görüntüsü yaradılması ehtimalı da az deyil. Sözügedən ssenari qarşısında Avropa İttifaqının real müqavimət göstərmək imkanları məhduddur. Avropanın təhlükəsizlik arxitekturası ABŞ-dan asılı vəziyyətdədir və NATO çərçivəsində Vaşinqtonla açıq qarşıdurma Avropa üçün ciddi risklər yarada bilər. Danimarkanın təkbaşına belə bir prosesə qarşı durmaq gücü yoxdur, Avropa İttifaqı isə siyasi parçalanma və iqtisadi maraqlar səbəbindən sərt mövqe nümayiş etdirməkdə çətinlik çəkir. Bu isə ABŞ-ın mümkün addımlarına qarşı real əngəlin formalaşmasını demək olar ki, mümkünsüz edir. Prezident Donald Tramp faktoru bu mənzərəni daha da təhlükəli edir. Onun xarici siyasət yanaşması beynəlxalq institutlara və hüquqi mexanizmlərə deyil, güc balansına və birbaşa təzyiqə əsaslanır. Tramp üçün beynəlxalq münasibətlər razılaşma mexanizmləri üzərində qurulmuş ticarət modelidir. Bu yanaşma Qrenlandiya məsələsində də özünü göstərir.

Nəzrin ELDARQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Yanvar 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri