Icma.az
close
up
RU
Ağ Evin ucuz neft hədəfi Azərbaycana necə təsir edəcək?

Ağ Evin ucuz neft hədəfi Azərbaycana necə təsir edəcək?

Icma.az, Publika.az saytına istinadən bildirir.

ABŞ-nin yeni prezidenti Donald Tramp dünyada neft qiymətlərinin aşağı salınması üçün ölkəsində “qara qızıl”ın hasilatını artırmaq niyyətindədir. Artıq bu istiqamətdə müəyyən qərarlar da qəbul edib. Neft bazarı Ağ Ev rəhbərinin məlum qərarına görə, qiymətlərin ucuzlaşması ilə reaksiya göstərib. Bəs orta və uzunmüddətli perspektivdə neft bazarını nə gözləyir, proqnozlar necədir?

“Hasilatçılar tələbdən artıq istehsalda maraqlı deyillər”

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevin fikrincə, neft qiymətləri Donald Trampın vəzifəyə qayıtdığı ilk gün ərəfəsində ucuzlaşdı: “ABŞ prezidenti vəzifəsinin ilk günündə Paris İqlim Sazişindən çıxmaqla bağlı fərman imzalayıb. Energetika Nazirliyinə hökumətin yeni LNG (qaz) ixracına icazə ərizələri ilə bağlı qüvvədə olan məhdudiyyətləri aradan qaldırmağı tapşırıb. Tramp strateji neft ehtiyatları istisna olmaqla, ABŞ-nin kommersiya təyinatlı neft ehtiyatlarını maksimum səviyyədə artırmağa söz verib”.

Ekspert bildirir ki, yeni prezidentin hasilat məsələsində proqnozları özünü doğrultmaya bilər: “ABŞ-də neft hasilatını artırma cəhdləri bazar şərtlərinə ziddir, istehsalçı şirkətlərin siyasətinə uyğun deyil. Çünki ABŞ-də hasil edilən neftin 80 faizindən çoxu yüngül neftdir. Yüngül neftin beynəlxalq bazarlarda satış imkanları hazırda elə də yüksək deyil”.

Ekspertin sözlərinə görə, bu neftin oktan ədədi aşağıdır. Ondan yüksək keyfiyyətli təyyarə yanacağı, avtomobil benzininin istehsalı mümkün deyil: “Həmin neft mütləq ağır neftlə qarışdırılmalıdır, sonra emal edilməlidir. ABŞ-də neft hasilatının və ehtiyatların artımı bazarda yüngül-ağır neft balansına təsir edə bilər. Lakin neftin kəskin ucuzlaşmasına təsir edə bilməz. Çünki ABŞ-nin hasil etdiyi neftin beynəlxalq bazarda rəqabət qabiliyyəti zəifdir”.

Ekspertin fikrincə, ABŞ-də neft emal edən şirkətlər Prezident Administrasiyasının tələbi ilə neft hasilatını artırarsa, bu, qısa müddət üçün effekt verə bilər: “Amma uzunmüddətli perspektivdə neft satılmayacaqsa, emal edilməyəcəksə, hasilatçılar satılmayan neft həcmlərini nə edəcəklər? Bu baxımdan ABŞ-də hasilatçılar tələbatdan artıq neft hasilatında maraqlı deyillər”.

Qiymət 75-80 dollar səviyyəsində olacaq

Z.Vəliyevin sözlərinə görə, neft qiymətlərində kəskin eniş gözlənilmir: “Digər tərəfdən, qlobal bazarda neft qiymətlərini dəstəkləyən amillər də olduqca çoxdur. ABŞ-nin Rusiyanın neft ixracına və tanker zəncirinə tətbiq etdiyi sanksiyalardan sonra artan neft qiymətləri onu deməyə əsas verir ki, geosiyasi amillər bu il də neft qiymətlərinin müəyyənləşdirilməsində əsas rol oynamaqda davam edəcək. İran neftinin satış imkanlarının məhdudlaşdırılması da neftin yüksək qiymətlərini il boyu dəstəkləyəcək. Belə olan təqdirdə bazarda tələbdən artıq yüngül neft profisitinin aradan qalxma ehtimalı güclənəcək. Xüsusilə Asiya bazarlarında Rusiya, İran və Venesuela neftinə alternativ mənbələrin axtarış cəhdləri yüksək olacaq”.

Ekspert bildirir ki, əgər Rusiyaya, İrana tətbiq edilən sanksiyalar, Venesuelanın neft ixrac imkanlarının məhdudlaşdırılması daha da güclənərsə, o zaman bazarda kifayət qədər problemlər yaşanacaq. Yüngül və ağır neft arasında tarazlıq pozulacaq. Tarazlığın pozulması neft emalı zavodlarının fəaliyyətinə təsir göstərəcək: “Bütün bunlar qiymət artımına səbəb ola bilər. Fikrimcə, 2025-ci ildə neft qiymətləri 75-80 dollar arasında dəyişəcək”.

Tramp tarifləri də qaldırmaq istəyir

İqtisadçı Murad Calalovun fikrincə, Tramp administrasiyasının neft-qaz məsələləri üzrə əsas məqsədi daxili enerji qiymətlərini aşağı salmaqdır. Həmçinin ABŞ-nin enerji ixracını qlobal miqyasda genişləndirməkdir: “Trampın istəyi budur ki, ABŞ-də hasilatı artırmaqla neftin qiymətini aşağı salsın. Beləliklə, ixracı da artırsın. Amma tarifləri, rüsumları da artırmaq istəyir. Məsələn, Avropaya ixrac rüsumunu 10 faiz artırmaq fikrindədir”.

Yaşıl enerjiyə keçidə zərbə

İqtisadçının sözlərinə görə, burada əsas məsələ digər ölkələrin bu qərarlara necə yanaşmasıdır: “Avropa daha çox ətraf mühitin qorunmasına üstünlük verir. Amma bu, Trampın yeni planlarında mövcud deyil. Hətta o, beynəlxalq iqlim sazişlərindən çıxmağı, yaşıl enerji ilə bağlı olan təşəbbüslərin aradan qaldırılmasını planlayır. Bu məsələdə Avropa ölkələrinə maliyyə yardımı edilməli idi. Yəqin ki, bu artıq olmayacaq. Maliyyə yardımı gəlməyəcəyi üçün Avropanın yaşıl enerjiyə keçid layihəsi də uzanacaq. Bu səbəbdən, neft qiymətlərində eniş olsa da, ümumi baxdıqda Avropa üçün çox böyük mənfi təsirləri qaçılmazdır. Avropa İttifaqındakı ölkələrin yekun qərarları bu məsələlərin taleyini həll edəcək”.

“Neftimizin qiymətini qaldıra da bilərik”

M.Calalov yeni qərarların ölkəmizə təsirinə də toxundu. Onun sözlərinə görə, Avropanın neft və qazdan asılılığı yenidən artır: “Avropa nefti Rusiyadan alırdı. Amma hazırda bu mümkün deyil. Çünki Rusiya və Ukrayna müharibələrinə görə Avropaya ixracda böyük problemlər var. ABŞ-nin planlarının dəyişməsi Avropanın Azərbaycandan asılılığını artıracaq. İstəsək, neftimizin qiymətini qaldıra da bilərik”. ("Kaspi" qəzeti)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://publika.az
archiveBu xəbər 25 Yanvar 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri