Icma.az
close
up
RU
Ağ qarpız milli məsələdir Parlament təcili toplamalıdır KONKRET

Ağ qarpız milli məsələdir Parlament təcili toplamalıdır KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Nəhayət, Azərbaycan parlamentinin qarşısında çox ciddi, hətta dövlət əhəmiyyətli bir məsələ dayanıb: ağ qarpız!

Bəli, düz oxudunuz. Söhbət nə iqtisadiyyatdan gedir, nə inflyasiyadan, nə də insanların dolanışığından. Məsələ daha vacibdir. Qarpızın biri yaşıl qabıqlı, amma içi qırmızı çıxmalı idi. Çıxmayıb. İçərisi ağ olub. Və bundan böyük faciə təsəvvür etmək çətindir. Yayılan məlumatlara görə, Yeni Yasamalda qarpız satan 42 yaşlı Xəyal Əsədov deputat Fəzail İbrahimli ilə yaşadığı mübahisədən sonra polisə aparıldığını, daha sonra 50 manat cərimələndiyini deyib. Satıcının sözlərinə görə, mübahisə aldığı qarpızın içinin ağ çıxmasından sonra yaranıb. Deputat isə yayılan xəbərlərdə satıcının iddialarını doğru saymadığını bildirib.

İndi isə dostumun çox qiymətli təklifinə keçək: “Hər ağ qarpıza görə 50 manat cərimə təyin olunsun. Parlament bu barədə ciddi düşünməlidir. Fürsəti qaçırmaq olmaz. Ya mədət”. Mən bu təklifi tam dəstəkləmirəm. Çünki 50 manat azdır.

Əgər dövlət qarpızın rənginə belə ciddi nəzarət edəcəksə, bunun inzibati cəriməsi ən azı 100 manat olmalıdır. Qarpızın içi ağdırsa – 100 manat. Çəhrayıdırsa – 75 manat.

Həddindən artıq qırmızıdırsa – şübhəli hal kimi araşdırmaya göndərilsin. Hətta xüsusi ekspertiza qrupu yaradılsın. Qarpızın iç rənginin müəyyənləşdirilməsi üzrə Dövlət Komissiyası da təşkil etmək olar. Elə Fəzail İbrahimli də komissiyanın sədri olsun.

Onda daha təhlükəli detallar üzə çıxır. Məsələn, pomidor… Tutaq ki, bazardan pomidor aldınız. Evə gəldiniz, kəsdiniz, içi dadsızdır. Dərhal cərimə Xiyar acı çıxdı. Acımasızcasına cərimə!

Kartofu götürək. Qızartdınız, yaxşı qızarmadı. Cərimə!

Balıqda vəziyyət daha kəskin olmalıdır. Təzə görünürdü, amma evdə bişirəndə zəhərlənmə oldu. Burada artıq söhbət 50 manatdan getməməlidir. Bunun üçün ayrıca komissiya yaradılmalıdır. Ən incə məsələ isə meyvə olmalıdır. Təsəvvür edin, bir vətəndaş bazardan qarpız alır. Satıcı deyir:

– Qardaş, şirin qarpızdır.

Vətəndaş evdə kəsir. Şirin çıxmır. Bu, artıq adi məsələ deyil. Bu, vətəndaş etimadının pozulmasıdır! Hətta parlamentin iclasında məsələ qaldırıla bilər: “Hörmətli həmkarlar, biz qarpız məsələsinə laqeyd qala bilmərik!”.

Sonra deputatlar qarpızın necə seçilməsi barədə çıxış edərlər. Biri deyər ki, qarpızın üzərinə vurmaq lazımdır. Digəri deyər ki, saplağına baxmaq lazımdır. Üçüncüsü isə təklif edər ki, bundan sonra qarpızların üzərinə “içi qırmızıdır” sertifikatı vurulsun. Sertifikatsız qarpızın satışına qadağa qoyulsun. Və nəhayət, “Ağ qarpız qanunu”. Məncə, məsələni yarımçıq qoymaq olmaz. Milli Məclis təcili şəkildə “Qarpızların keyfiyyətinin və rənginin qorunması haqqında” qanun qəbul etməlidir. Qanunda belə bir maddə olsun: “Qarpızın içinin gözlənilən rəngdə olmamasına görə fiziki şəxs 50 manat məbləğində cərimə edilir.”

Hətta daha bir maddə: “Qarpızın ağ çıxması zamanı satıcının deputat tərəfindən tanınması halında iş xüsusi nəzarətə götürülür”.

Cənablar, axı nə baş verir? Niyə bu qədər biabırçılıqlar olmalıdır?! Bir deputatın qarpızsatanı polisə verməsi əslində adi bir vətəndaşla dövlət statusu daşıyan şəxs arasında yaranan mübahisənin necə qəbul edildiyidir.

Belə millət vəkillərinin və məmurların hərəkətləridir ki, dövlət-vətəndaş münasibətlərində ürəkbulandıran hadisələr baş verir.

Ümumiləşdirilmiş şəkildə belə deyək də: Qarpızın rəngi dəyişə bilər, qanunun rəngi dəyişməməlidir. Ona görə də dostumun təklifinə son bir düzəliş edərdim: Hər ağ qarpıza görə 50 manat cərimə yox. Hər absurd vəziyyətə görə bir az da düşünmək cəriməsi tətbiq edilsin. Cərimənin məbləği də yüksək olmasın.

Ya mədət!

Natiq Səlim,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Sentyabr 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri