Icma.az
close
up
RU
Ağ saçlar altında gizlənən müdriklik...

Ağ saçlar altında gizlənən müdriklik...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Beynəlxalq Ahıllar Günüdür

Zaman sanki axar sudur, biz fərqinə varmadan ötüb keçir. Uşaqlıq, gənclik, orta yaş dövrləri ard-arda gəlir və nəhayət, insan həyatının ahıllıq dövrü yetişir. Bu mərhələdə insanın ehtiyacları dəyişir - daha çox diqqətə, şəfqətə və qayğıya ehtiyac duyur.

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib. Qətnamənin prinsiplərinə əsasən, hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd edilməsi isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Bu günü əvvəlcə Avropada, sonra Amerikada, ötən əsrin 90-cı illərinin axırlarında isə artıq bütün dünyada qeyd etməyə başlayıblar.

BMT-nin məlumatına görə, son onilliklər ərzində dünya əhalisinin tərkibi kəskin dəyişib. 1950-ci ildən 2010-cu ilə qədər dünyada insan ömrünün uzunluğu 46-dan 68 ilə qədər artıb və əsrin axırlarında 81 ilə çatdırılacağı proqnozlaşdırılır. Hazırda dünyada yaşı 60-dan yuxarı olan 900 milyondan çox insan var, 2050-ci ilə qədər onların sayının iki milyarda yaxın olacağı və dünya əhalisinin 20 faizindən çoxunu təşkil edəcəyi gözlənilir. Mütəxəssislərin proqnozlarına inansaq, 2050-ci ildə bəşəriyyət tarixində ilk dəfə olaraq yaşı 60-dan yuxarı olanların sayı uşaqlardan daha çox olacaq.

Qeyd edək ki, Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Məlumdur ki, Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri də yaşlı nəslə, ahıllara qarşı diqqət və qayğının göstərilməsidir. Onların sosial problemlərinin araşdırılması və həlli məsələləri günü-gündən ölkəmizdə daha da geniş vüsət alır. Bu istiqamətdə qanun layihələri hazırlanır, dövlət proqramları həyata keçirilir. Bu yol isə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan yoldur - Ulu öndər ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanun imzalayıb. Həmin sənədə əsasən, 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.

Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir. Bu islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir.

Həssas sosial qrupa aid olan ahıllarla bağlı danışarkən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrdən bəhs etməmək mümkün deyil. Xüsusilə, uşaqlar və ahıllara münasibətdə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın davamlı və məqsədyönlü siyasəti dövlətimizin həyata keçirdiyi sosial dövlət prioritetlərinin gerçəkləşməsində böyük əhəmiyyət daşıyır. Mehriban Əliyeva ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın Birinci xanımının təşəbbüsü ilə Fondda ahılların sağlamlığı diqqətdə saxlanılır. Ahıllar günündə də bu insanlar üçün müxtəlif tədbirlər təşkil olunur. Bir sözlə, bu gün Azərbaycanda hər bir ahıl vətəndaşa dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir.

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Oktyabr 2025 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri