Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi FOTOLAR
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
27 oktyabr tarixində Marsol Group partnyorlarının iştirakı ilə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovla işgüzar görüş keçirilib.
Görüş çərçivəsində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov Dövlət Məşğulluq Agentliyinin sahibkarlara təqdim etdiyi dəstək mexanizmləri, məşğulluğun təşviqi istiqamətində həyata keçirilən tədbirlər və əməkdaşlıq imkanları barədə məlumat verib.
Marsol Groupun təsisçisi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri Tural Mustafayev çıxışında dövlət və biznes sektoru arasında əlaqələrin gücləndirilməsində B2G görüşlərin əhəmiyyətini vurğulayıb. O, həmçinin Marsol Groupun bu istiqamətdə həyata keçirdiyi görüşlər, tədbirlər və layihələr barədə məlumat verərək sahibkarlarla dövlət qurumları arasında birbaşa ünsiyyətin vacibliyini qeyd edib.
Daha sonra sahibkarların sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Marsol Group və İCMA tərəfindən Hasil Abbasova xatirə hədiyyəsi təqdim olunub.
Bu kimi görüşlər sahibkarların dövlət qurumları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsinə, mövcud dəstək mexanizmləri barədə məlumatlılığın artırılmasına və biznes mühitinin inkişafına töhfə verir.










Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 27 Oktyabr 2026 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















