Icma.az
close
up
RU
Ağ səhrada nadir sərvət tapıldı: Çin və Rusiya onu tam istismar etmək istəyir

Ağ səhrada nadir sərvət tapıldı: Çin və Rusiya onu tam istismar etmək istəyir

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Boliviya, dünyada lityumun ən böyük ehtiyatlarına malik ölkələrdən biri olaraq Çili və Argentina ilə birlikdə “lityum üçbucağı”na daxildir. Dünyadakı lityum ehtiyatlarının təxminən 60%-i bu bölgədə cəmlənib. Lakin Boliviya lityum hasilatını müstəqil şəkildə deyil, xarici sərmayə ilə həyata keçirir. Hazırda ölkənin ən iri investorları Çin və Rusiyadır, lakin bu ölkələrin əsas məqsədi – ekoloji tələblərə baxmayaraq hasilatı sürətləndirməkdir. 

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, bu barədə "Ecoticias" nəşri məlumat yayıb.

Boliviyanın Uyuni duz səhrasında dünyanın ən böyük lityum yataqlarından biri aşkarlanıb. Yatağın ehtiyatı təxminən 23 milyon ton həcmində qiymətləndirilir. Son illərdə Boliviya prezidenti Luis Alberto Arse Katakora, Çin və Rusiya ilə lityumun sənayeləşdirilmiş hasilatına dair razılaşmalar imzalayıb.

Çin indiyədək ölkənin Coypasa və Uyuni duz səhralarında yerləşən iki emal zavodunun tikintisinə 1,4 milyard ABŞ dolları sərmayə qoyub.

Rusiya isə “Rosatom” dövlət korporasiyasının törəmə şirkəti olan "Uranium One Group" vasitəsilə 450 milyon dollar dəyərində pilot layihəyə Potosi departamentində start verib.

Buna baxmayaraq, Boliviya hökuməti hasilat prosesində dövlət nəzarətini saxlayır və əldə edilən gəlirlər hesabına səhiyyə və infrastruktur sahələrindəki problemləri həll etməyə çalışır.

Lityum əsasən akkumulyatorların istehsalında istifadə olunur və buna görə də dünya üzrə ona olan tələbat sürətlə artır. Ancaq Uyuni kimi duzlu düzənliklər son dərəcə həssas ekosistemlər sayılır. Hər hansı intensiv hasilat – xüsusilə partlayış texnologiyalarının tətbiqi – torpağın strukturu və yeraltı su ehtiyatlarının deqradasiyası ilə nəticələnə bilər.

Hazırda Boliviya hasilat prosesini ekoloji cəhətdən təmiz metodlarla aparmağa çalışır. Amma ekspertlər bildirirlər ki, iqtisadi və geosiyasi təzyiqlər fonunda hökumət hasilat tempini artırmaq məcburiyyətində qala bilər. Bu isə böyük ekoloji risklər doğura bilər.

Nəşrdə qeyd olunur ki, böyük miqyaslı hasilat qaçılmaz olarsa, duz səhrasında partlayış üsulu ilə sürətləndirilmiş qazma işləri başlaya bilər ki, bu da ətraf mühitə ciddi zərər vuracaq.

Xatırladaq ki, ABŞ-ın qərbində, fəaliyyətsiz bir vulkanın altında aparılan geoloji araşdırmalar nəticəsində 400 milyard dollardan artıq dəyərdə lityum ehtiyatı aşkarlanıb. Bu yataq dünyanın ən böyük ehtiyatları sırasında yer alır və ABŞ-ın Çili, Boliviya və Çindən olan lityum asılılığını azaltmaq potensialına malikdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 İyun 2025 06:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see200

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see174

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri