Icma.az
close
up
RU
Ağ tutun orqanizmə faydaları GÜNDƏ 100 QR YEYİN...

Ağ tutun orqanizmə faydaları GÜNDƏ 100 QR YEYİN...

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hazırda tut növlərindən ən zərifi, ən dadlısının mövsümüdür. Şirəli ağ tut uşaqdan yaşlıya insan orqanizmi üçün saysız-hesabsız faydalara malikdir. Başqa meyvələri alıb masaya düzüb yeməyə öyrəşdiyimizdən, ağacdan ayrılandan sonra ömrü az olan bu meyvəni aradabir yeməklə kirfayətlənirik.
Halbuki mövsümündə istər ağ, istər qara tut gün ərzində azı 100 qr yeyilməlidir.

Ağ tutun 10 maraqlı faydasını təqdim edirik:

Qan əmələ gətirir, qanazlığında yeyin - Ağ tutda dəmirin miqdarı çox olduğundan yaxşı qan yaradıcı xassəyə malikdir, qanın keyfiyyətini artırır. Ona görə anemiya, qan azlığı olanlar bu meyvədən ilboyu təzəsini və qurusunu yesinTərlədici, bəlğəmgətiricidir Orqanizmdə yığılıb qalmış seliyi, bronxlardan bəlğəmi çıxarır, şirəsi öskürəyi kəsir, tərlədicidir. Bu məqsədlə tutun şirəsini için. Yarpaqları da, qabıqları da eyni təsir edir. İmminiteti möhkəmlədir -Tez-tez xəstələnən, zəif insanlar yay-qış yesin. İmmuniteti qaldırır, orqanizmi səfərbər edir, maddələr mübadiləsini yaxşılaşdırır, insanı qüvvətləndiri Qaraciyəri təmizləyir - Ağ tut qaraciyəri toksinlərdən təmizləyir, işini yaxşılaşdırır, qaraciyər hüceyrələrini yeniləyir Ürək, qan-damar sağlığını qoruyur - Qanı təmizlədiyindən, damarlardan pis xolesterini yuyur, ürəyə qanın normal işləməsini təmin edir, nəticədə ürək yorulmur. Tut ürək infarktı riskini azaldır, iflici önləyir Görməni yaxşılaşdırır - Tut şirəsi kompüterdə işləyən insanın gözləri üçün çox lazımdır. Uzun müddət radiasiya və işığa məruz qalan gözlər üçün bol A vitamini mənbəyidir. Retinapatiya  və görmə zəifləməsini yaradan sərbəst radikalları zərərsizləşdirir. Böyrəkləri təmizləyir - 20 qram ağ tut bir stəkan suda 20 dəqiqə saxlanılıb içiləndə sidikqovucu təsir edir. Sidik kisəsi, sidik yolları, böyrəkləri tut şirəsi yuyur. Xərçəngə qarşıdır - Tutun tərkibində olan antioksidantlar xərçəngə yoluxma riskini azaldır, xərçəngə tutulmuş insanda isə şişlərin azalmasına səbəb  olar. Xüsusən prostat xərçənginə qarşı təsirlidir. Qanda şəkəri tənzimləyər - Çox insanlar tut şirindir deyə, diabet xəstələrinə olmaz deyə düşünür. Lakin Amerika Diabet Dərnəyi 20 insan üzərində apardığı təcrübənin nəticəsində məlum oldu ki, tut qanda qlükoza səviyyəsini düşürür. Dərini gözəlləşdirir -Tut antioksidant mənbəyi olduğundan dərinin gəncləşməsini, nəmlənməsini təmin edir, dəri xəstəliklərində sağaldıcı təsiri var. Çox quru dərilərə tut yarpaqlarını əzib zeytun yağı ilə qarışdırıb maska edirlər. Tut dərini qoruyur, dəri xərçənginə qarşı təsirlidir. Eləcə də saçları sağlamlaşdırır. Tutu qaynadıb suyunu saç köklərinə çəkib, saçları yaxalayın.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri