Icma.az
close
up
RU
Ağaclara qənim kəsilənlər ciddi cəzalanmalıdır KÜNCDƏN BAXIŞ

Ağaclara qənim kəsilənlər ciddi cəzalanmalıdır KÜNCDƏN BAXIŞ

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Elçin Bayramlı

Son illər Azərbaycanda, xüsusilə Bakı və Abşeron ərazisində qanunsuz ağac kəsilməsi ciddi ekoloji problemlərdən birinə çevrilib. Rəsmi məlumatlara görə, bu hallar nəticəsində yaşıllıqlara yüz minlərlə manat dəyərində ziyan dəyir ki, bu da vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Onsuz da yaşıllıq sahələrinin məhdud olduğu paytaxtda belə müdaxilələr şəhərin ekoloji balansını daha da pozur. Problemin arxasında əsasən kommersiya maraqları, zəif nəzarət və cəzaların yetərincə sərt olmaması dayanır. Bu səbəbdən məsələ yalnız ekoloji deyil, eyni zamanda ictimai məsuliyyət və idarəetmə problemi kimi də qiymətləndirilməlidir.

Çox təəssüf ki, bu qədər cəzalara, ictimai kampaniyalara və maarifləndirmə tədbirlərinə baxmayaraq, yenə də belə hallara rast gelinir. Bakı və Abşeron zonası, xüsusilə ağacların kəsilməsi baxımından çox böyük problematik ərazidir. Çünki bu zona qeyri-yaşıl zonadır, yəni Azərbaycanın ən ağacsız bölgələrindən biridir. Bakı şəhərinə gəldikdə, burada yaşıllıq sahəsi ümumi ərazinin təxminən 1–4 faizi civarında qiymətləndirilir. Bu da həddindən artıq aşağı göstəricidir. Dünya şəhərlərində bu rəqəm 20, 30, 40, hətta 50 faiz təşkil edir. Onsuz da bizdə yaşıllıq azdır, onu da bəzi yerlərdə kəsib yerində obyektlər tikirlər. Adətən bu, sahibkarlar tərəfindən biznes məqsədilə edilir.

Cəzalar sərt olmadığı üçün bu kimi halların geniş vüsət alması müşahidə olunur. Belə çıxır ki, cəzalar yüngül, cərimələr az olduğu üçün onlar bundan çəkinmirlər. Məsələn, tutaq ki, beş-on ağacı kəsəcək şəxs 50 min manat cərimə ödəsə belə, oradan 500 min manat qazanacaqsa, onun üçün bu, problem deyil. Ona görə də, burada cəzalar ağırlaşdırılmalıdır. Bir neçə şərt var: birincisi, həmin şəxs kəsilən ağacların yerinə mütləq yenilərini əkməyə məcbur edilməlidir. Əlavə olaraq, müvafiq orqanlar onu başqa ərazilərdə kəsilən ağacların sayından üç dəfə çox yaşıllıq sahəsi salmağa vadar etməlidir. Bundan başqa, mövcud cərimələr ən azı 10 dəfə artırılmalıdır. Yalnız bu yolla bunun qarşısını almaq olar.

Burada ictimai nəzarətin də güclü olmasının vacibliyi aydın görünür, belə halların ictimailəşdiyi zaman həll olunduğu nümunələri çoxdur. Son vaxtlar görürük ki, harada ağac kəsintisi ilə bağlı məsələ ictimailəşirsə, bunun qarşısı alınır, həmin şəxs cəzalandırılır və orada yenidən ağaclar əkilir. Amma məsələ ictimailəşməyəndə, bunu sakit şəkildə həll edib yerində obyekt tikirlər. Beləliklə, Bakı şəhərində getdikcə ağacların sayı azalır. Biz nəinki ağac kəsilməsinin qarşısını almalı, hətta mümkün olan bütün yerlərdə böyük kampaniyalar təşkil edərək ağac əkilməsini təmin etməliyik.

Dövlət orqanlarınında məsələyə diqqət göstərdiyini, bu sahədə əməli addımlar atıldığını görürük. Son vaxtlar bu sahədə yaxşı işlər görülür. Həm Heydər Əliyev Fondu və İDEA kimi ictimai təşkilatlar, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən şəhərin bir çox ərazilərində yaşıllıqlar salınır, yeni parklar istifadəyə verilir.

Bəzi yerlərdə- harada ki, obyekt tikilməsi imkanı, biznes və kommersiya maraqları var, orada mümkün qədər çalışırlar ki, ağacları kəsib yerində bina ucaltsınlar. Buna görə də, ictimai nəzarət gücləndirilməli, cərimələr ən azı 10 dəfə artırılmalı və kəsilən ağacların yerində yenilərinin əkilməsi, onların böyüdülüb başa çatdırılması həmin şəxsin üzərinə məsuliyyət kimi qoyulmalıdır. Bakı şəhərində ümumiyyətlə bir dənə də olsun ağacın kəsilməsinə imkan verilməməlidir.

Bakı dünyada ən az yaşıllıq sahəsinə malik şəhərlərdəndir. Buna görə də bu proses ciddi şəkildə nəzarətdə saxlanmalıdır. Əks halda, biz burada ağır ekoloji problemlərlə qarşılaşacağıq. Getdikcə şəhər beton yığınına dönür, yaşıllıq sahələri azalır. Bu da həm temperaturun artmasına səbəb olur, həm də şəhəri oksigen çatışmazlığı problemi ilə üz-üzə qoyur. Bu məsələ daim ictimaiyyətin və medianın nəzarətində olmalıdır. Müvafiq dövlət orqanları da son vaxtlar ağacları nömrələyir, qeydiyyata alırlar. Yəqin ki, hər biri nəzarətdədir və bu nəzarət mütləq şəkildə davam etdirilməlidir. Bir dənə də olsun ağacın kəsilməsinə yol verilməməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Aprel 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri