Icma.az
close
up
RU
Ağalar Vəliyevə bağlı daha bir valyuta qaçaqmalçısı şirkəti Ölkədən valyuta axını...

Ağalar Vəliyevə bağlı daha bir valyuta qaçaqmalçısı şirkəti Ölkədən valyuta axını...

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti -Ölkədə külli miqdarda pul çıxarmaqda günahlandırılan qalmaqallı tikinti şirkətlərindən olan “Diadem” ASC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.

Hurriyyet.az xəbər verir ki, “Diadem” ASC-nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti -Diadem” tikinti şirkti ilə bağlı işə 25 may tarixində Sumqayıt şəhər Məhkəməsində hakim hakim Ramiz Quliyevin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.

Qeyd edək ki, “Diadem” ASC müxtəlif təyinatlı tikililərin inşasını həyata keçirir, eləcə də tikinti materiallarının satışı ilə məşğuldur.

Açıq Səhmdar Cəmiyyəti təşkilati formasına baxmayaraq “Diadem”in cəmi 2 səhmdarı var – Nəbiyev Elbrus Ənvər oğlu səhmlərin 75%-nə, Dostumalıyeva Kəmalə Ocaqkişi qızı isə 25%-nə sahibdir. K.Dostumalıyeva təsisçi olmaqla yanaşı həm də şirkətdə menecer vəzifəsi tutur. Yeri gəlmşikən, şirkətin direktoru Dostumalıyev Fuad Azər oğludur ki, o da böyük ehtimalla təsisçilərdən birinin yaxın qohumudur.

Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti -

Qeyd edək ki, Nəbiyev Elbrus Ənvər oğlu A+CO ASC-nin sahibidir. A+CO şirkəti həmçinin “Pancofee” məhsullarının Azərbaycandakı rəsmi distributorudur.

Həmçinin bildirirk ki, Elbrus Nəbiyev “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyevin qardaşıdır.

Qeyd edək ki, “Kristal Abşeron” Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsus olduğu bilidirilir. Məlumatlarda şirkətlərə oğlu Pərviz Ağalarov rəhbərlik edir. Bu deputat tərəfində təkzib olunmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 May 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri