Icma.az
close
up
RU
Yeyinti məhsullarının idxalında asılılıq: Həm ölkədən valyuta axını artır, həm də…

Yeyinti məhsullarının idxalında asılılıq: Həm ölkədən valyuta axını artır, həm də…

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Bu ilin yanvar-iyul aylarında yeyinti məhsullarının idxalı üçün ölkədən 1 milyard 477 milyon dollar vəsait çıxarılıb. Bu dövrdə yeyinti məhsulları idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10% artıb.

Əsasən kəsim üçün nəzərdə tutulan diri hervanlar, süd və qaymaq, kərə yağı və süddən hazırlanmış digər yağlar, tərəvəz və meyvə, buğda idxalı dəyər ifadəsində kəskin şəkildə artıb.

Bu artımın səbəblər nədir? Yeyinti məhsullarına olan təlabatın idxaldan asılılığının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı aqrar sahə üzrə ekspert Akif Nəsirli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan yeyinti məhsullarında idxaldan yüksək asılılıq nümayiş etdirir.

Ekspertə görə, bu asılılıq həm ölkədən valyuta axınını artırır, həm də ərzaq təhlükəsizliyi baxımından risklər yaradır. Onun sözlərinə görə, idxal artımının əsas səbəbləri daxili istehsalın qeyri-kafi olmasıdır:

“Kənd təsərrüfatı məhsulları üzrə məhsuldarlığın aşağı səviyyədə qalması, müasir texnologiyaların və aqroservisin zəif inkişafı daxili tələbatı tam ödəməyə imkan vermir. Gəlirlərin və istehlak strukturunun dəyişməsi, şəhərləşmənin sürətlənməsi daha çox keyfiyyətli və çeşidli məhsula tələbi artırır. Bundan əlavə, qiymət amili də tendensiyanı şiddətləndirir”.

Müsahibimiz qeyd edib ki, bəzi məhsulların (məsələn, buğda və süd məhsullarının) idxalı yerli istehsaldan daha ucuz başa gəlir. Quraqlıq, su çatışmazlığı, xəstəliklər və torpaqların münbitlik problemləri kənd təsərrüfatı məhsullarının həcmini azaldır. Həmçinin infrastruktur və logistik problemlər kifayət qədərdir. Soyuducu anbarlar, emal müəssisələri və kənddən bazara çıxış imkanları kifayət qədər güclü deyil.

İdxaldan asılılığın azaldılması üçün ehtiyac olan addımlara toxunan A. Nəsirli hesab edir ki, kənd təsərrüfatında məhsuldarlığın istehsalı artırılmalıdır. Müasir suvarma texnologiyalarının (damcı, yağmurlama), yüksək məhsuldar toxumların və damazlıq heyvanların istifadəsi genişləndirilməlidir.


Akif Nəsirli: İdxaldan asılılığın azaldılması həm də istehsal-emal-logistika zəncirinin tam formalaşdırılması ilə mümkündür

"Emal sənayesinin inkişafı - süd, ət, taxıl və tərəvəz emalı müəssisələrinin regionlarda genişləndirilməsi ilə yerli xammalın dəyər zəncirinə çevrilməlidir. Kənd təsərrüfatı subsidiyalarının hədəflənməsi - dövlət dəstəyinin sadəcə geniş sahəyə deyil, konkret strateji məhsulların (buğda, süd, yağ, meyvə-tərəvəz) istehsalına yönəldilməlidir. Ərzaq anbar və logistika infrastrukturunun qurulması baxımından mövsümi məhsulların itkisiz saxlanması üçün iri soyuducu və logistika mərkəzləri yaradılmalıdır. Kooperasiya və fermer birləşmələri formalaşmalıdır. Kiçik fermerlərin birliklər şəklində bazara çıxışı təmin olunmalı, iri təsərrüfat modelləri təşviq olunmalıdır. İxrac-idxal balansı siyasəti yerli istehsalçıların daxili bazarda mövqeyini gücləndirmək üçün gömrük rüsumları və stimullar düzgün tənzimlənməlidir. Əkin sahələrinin diversifikasiyası strateji məhsullar üçün əlavə torpaq ehtiyatlarının dövriyyəyə cəlb olunması, yararlı torpaqların istifadəsiz qalmamasına nəzarətdə saxlanılmalıdır".

Müsahibimiz bildirib ki, idxaldan asılılığın azaldılması yalnız kənd təsərrüfatının gücləndirilməsi ilə yox, həm də istehsal-emal-logistika zəncirinin tam formalaşdırılması ilə mümkündür. Əks halda, tələbat artdıqca idxal da artmağa davam edəcək.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Sentyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri