Ağasəlim Mircavadov: Hədəf başqa olsa, vəziyyət yaxşı olmayacaq
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Səhv etmirəmsə, "Neftçi" bu yay ən çox transfer edən klubdur. Eşitdiyimə görə, yaxın vaxtlarda daha iki keçidin reallaşacağı gözlənilir". Bu sözləri Sport24.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis "Neftçi"nin "şamaxı" ilə ilk turdakı oyununu dəyərləndirib:
"Hazırda komanda öz oyununu tapmalıdır. "Şamaxı" "Neftçi" ilə matçda ağıllı futbol oynadı. "Neftçi"də görüləsi işlər çoxdur, heyət formalaşmalıdır. Azarkeşlərin komandanı tənqid etməsi normaldır. "Neftçi"ni həmişə ön pillələrdə görmüşük. Avqustun sonu nəsə danışmaq olar. Klubun bir hədəfi olmalıdır - çempionluq uğrunda mübarizə! Bu hədəf mən işləyəndən sonra da davam edib. Hədəf başqa olsa, vəziyyət yaxşı olmayacaq. "Neftçi"nin son illərdəki nəticələri biabırçılıqdır, amma indi yeni futbolçular dəvət olunub. Gözləmək və komandaya vaxt vermək lazımdır".
Qeyd edək ki, "Neftçi" Misli Premyer Liqasının ilk turunda "Şamaxı" ilə bərabərliyə razılaşıb. 1:1
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 20 Avqust 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















