Ağcabədidə 19 bıçaq xəsarəti yetirilən uşağın son durumu
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ağcabədi rayonunun Aşağı Avşar kəndində 19 bıçaq xəsarəti yetirilən 2019-cu il təvəllüdlü Sübhan Bəşirov xəstəxanadan evə buraxılıb.
"Cebheinfo.az" xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında S.Bəşirovun atası Rəşad Bəşirov deyib.
O bildirib ki, bu gün səhər saatlarında uşaq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında təkrar tibbi müayinədən keçirilib və o, ambulator müalicə üçün evə buraxılıb:
"Vəziyyəti normallaşır, yavaş-yavaş yeriyir. Həkimlər deyir ki, həyatı təhlükəsi yoxdur, vəziyyəti yaxşıdır. Ona görə də məsləhət gördülər ki, müalicəsi ev şəraitində davam etdirilsin".
Xatırladaq ki, fevralın 4-də Ağcabədi rayonunun Aşağı Avşar kəndində kənd sakini, 2019-cu il təvəllüdlü S.Bəşirov bıçaq xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Müayinə zamanı uşaqda 19 bıçaq xəsarəti müəyyən edilib və o, dərhal əməliyyat olunub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 14 Fevral 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















