Ağcabədidə 5 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlayıb, ekspertizalar təyin edildi
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
"Report"un əldə etdiyi xəbərə görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlayıb, müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, ötən gün hadisə rayonun Xocavənd kəndi ərazisində baş verib.
"Mercedes", "Hyundai" və "VAZ" markalı avtomobillərin iştirakı ilə zəncirvari qəza baş verib.
Nəticədə 1990-cı il təvəlldlü Hüsiyev Vüsal Məmməd oğlu, 1991-ci il təvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və 2002-ci il təvəllüdlü Aslanlı Elbəy Mövsüm oğlu hadisə yerində ölüb.
Qəzada 5 nəfər isə müxtəlif növ bədən xəsarətləri alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 01 Mart 2025 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















