Icma.az
close
up
RU
Ağcabədidə sahibkarlarla görüş

Ağcabədidə sahibkarlarla görüş

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlarla növbəti görüş Ağcabədi rayonunda keçirilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş görüşdə kənd təsərrüfatı, heyvandarlıq və sənaye sahələrində fəaliyyət göstərən 130-a yaxın sahibkar, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.  

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xətai Zeynalov və ­KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov biznes sahəsində yeni çağırışlar, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi dəstək tədbirləri və rayonun iqtisadi potensialı barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, Ağcabədi rayonu aqrar və sənaye sahələri üzrə böyük potensiala malikdir və bu imkanlardan düzgün istifadə etməklə sahibkarlar həm yeni müəssisələr qura, həm də mövcud bizneslərini genişləndirə bilərlər. 

Görüşdə dövlət tərəfindən təqdim olunan subsidiyaların, güzəştli kreditlərin, vergi güzəştlərinin, investisiya təşviqi sənədinin, eləcə də klasterləşməyə dəstək və digər mexanizmlərin rayonda biznesin inkişafında əhəmiyyəti vurğulanıb. Diqqətə çatdırılıb ki, rayonda yeni biznes ideyaları və investisiya təşəbbüsləri olan sahibkarlar Ağcabədi, eləcə də ətraf şəhər və rayonlarda fəaliyyət göstərən KOB dostlarına müraciət edərək informasiya, məsləhət, əlaqələndirmə və digər istiqamətlərdə dəstək ala bilərlər.

Görüş çərçivəsində sahibkarların biznes fəaliyyətinin maliyyələşdirilməsi alətləri, o cümlədən güzəştli kreditlər, investisiya təşviqi sənədinin verilməsi, klasterləşmə və bu sahədə dəstək tədbirləri, örüş sahələrindən təyinatı üzrə istifadə edilməsi, heyvandarlığa dəstək, suvarma sistemləri istehsalı üzrə biznes fəaliyyətinin qurulması və digər məsələlərlə bağlı fikir, təklif və ehtiyacları dinlənilib, müvafiq məsələlər ətrafında müzakirələr aparılıb, sualları cavablandırılıb. 

Səfər çərçivəsində KOBİA ­nümayəndələri Ağcabədi rayonunda fəaliyyət göstərən ­“ATENA” MMC-nin süd və süd məhsullarının istehsalı müəssisəsində və “Cahidoğlu” MMC-nin çörək və un məmulatları zavodunda olub, sahibkarlarla biznesin inkişafına dair fikir mübadiləsi aparıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Aprel 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see277

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see261

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see255

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see239

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see237

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see236

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see207

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see202

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see198

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see191

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see184

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see183

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see183

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see181

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see177

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see177

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see176

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see173

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see161

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri