Icma.az
close
up
RU
Ağdam: Azərbaycanın dirçəliş simvolu

Ağdam: Azərbaycanın dirçəliş simvolu

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan tarixində Ağdam adı həm ağrının, həm də yenidən doğuluşun rəmzinə çevrilib. Uzun illər işğal altında qalan bu qədim diyar düşmənin vandalizm siyasətinin ən dəhşətli izlərini daşıyırdı. Qarabağın incisi olan Ağdam işğal illərində tamamilə yerlə-yeksan edilmiş, şəhər “Qafqazın Xirosiması” adını almışdı. Əgər Xirosima atom bombasının dağıdıcı gücünün qurbanı olmuşdusa, Ağdam düşmən barbarlığının, etnik nifrətin və mədəni soyqırımın qurbanına çevrilmişdi. Min illik tarix, abidələr, qəbiristanlıqlar, məscidlər, muzeylər – hamısı məqsədli şəkildə məhv edilmişdi. Bu, sadəcə torpağa deyil, bir xalqın yaddaşına vurulan yara idi. Amma bu dağıntıların içindən dirçəliş doğuldu. Azərbaycan xalqı öz lideri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə tarixi ədaləti bərpa etdi. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Ağdamın da azadlığına yol açdı.

Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. Lakin Ermənistan tərəfi beynəlxalq qərarlara tabe olmaqdan yayındı. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. İşğaldan azad olunmuş Ağdamda dərhal bərpa planı hazırlandı. Dövlət başçısı ilk gündən bəyan etdi: “Ağdam yenidən qurulacaq, buraya həyat qayıdacaq.” Bu sözlər təkcə siyasi bəyanat deyildi, bir millətin yaddaşının dirçəldilməsi, mənəvi intiqamın alınması idi. Ağdam indi müasir şəhərsalma konsepsiyasına əsaslanan, “ağıllı şəhər” prinsipləri ilə inşa olunan yeni bir mərkəzə çevrilir. Burada “Ağdam şəhərinin Baş Planı” təkcə infrastrukturun deyil, həm də milli kimliyin, mədəni dəyərlərin bərpası konsepsiyasını özündə ehtiva edir. Müasir məktəblər, yaşayış binaları, mədəniyyət mərkəzləri, yollar və parklar – hamısı Azərbaycanın yenidənqurma iradəsinin göstəricisidir. Ağdamın dirçəlişi sadəcə tikinti prosesi deyil, milli mənəviyyatın, xalqın ruhunun oyanışıdır. Ağdam Cümə Məscidinin bərpası, “Qarabağ” muzeyinin yenidən qurulması, “Qarabağ xanlarının yurdu” konsepsiyası çərçivəsində mədəni irsin canlandırılması bu şəhəri yenidən Azərbaycanın mədəni mərkəzinə çevirir.
Bir zamanlar “ruhlar şəhəri” adlandırılan Ağdam bu gün həyatla doludur. Geri dönən sakinlərin gülüşü, ucalan binalar, açılan məktəblərin zəngi bu torpağın yenidən doğulduğunun sübutudur. Cənab Prezident İlham Əliyevin Ağdama səfərləri təkcə dövlət başçısının iş qrafikindəki növbəti dayanacaqlar deyil, simvolik və tarixi əhəmiyyət daşıyan hadisələrdir. O, Ağdamda hər dəfə yeni bir inşaat mərhələsinin əsasını qoyur, xalqla görüşür, gələcək inkişaf hədəflərini müəyyənləşdirir. 2021-ci il mayın 28-də – Müstəqillik Günündə cənab Prezidentin Ağdama səfəri xüsusi mənəvi məna daşıyırdı. Həmin gün dövlət başçısı şəhərin təməlini qoydu və dedi: “Biz bu torpaqlarda həyat quracağıq, burada hər daş, hər bina millətimizin qürur simvoluna çevriləcək.”
Sonrakı səfərlərdə isə o, “Ağdam Sənaye Parkı”nın açılışını etdi, yeni yaşayış komplekslərinin, sosial obyektlərin tikintisini yoxladı, infrastruktur layihələrinin icrası ilə bağlı göstərişlər verdi. Bu səfərlər bir liderin həm memar, həm də bərpaçı missiyasını daşıdığını nümayiş etdirdi. Bu gün Ağdam təkcə azad edilmiş bir şəhər deyil, milli qürurun, dövlət gücünün, lider iradəsinin rəmzidir. Ağdamın dirçəlişində dövlətin strateji baxışının, xalqın səbrinin və milli həmrəyliyin birləşməsi görünür. Ağdam – artıq Qafqazın Xirosiması deyil, Azərbaycanın dirçəliş simvolu, Qarabağın ürəyi, millət yaddaşının əbədi nişanəsidir.

Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see264

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see244

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see194

Hansı xəstəliklərdə kişilərin cinsi orqanı kiçilir?

14 Avqust 2026 02:04see190

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see187

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see184

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see182

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see179

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see178

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see169

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see168

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see167

Markinyos dünyanın ən çox titul qazanan ikinci oyunçusu olub

14 Avqust 2026 03:15see166

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see165

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see164

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see160

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see156

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see156

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see155

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri