Ağdam, Füzuli, Cəbrayıl və Tərtər rayonlarına 10 milyarda yaxın ziyan dəyib Baş prokurorun köməkçisi
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Tərtər rayonunun bir sıra kənd və yaşayış məntəqələrinin işğal olunması nəticəsində 899 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 1127 ədəd əmlak üzrə 155 milyon manatdan artıq maddi ziyan vurulub.
Turkustan.az xəbər verir ki, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli bu gün Bakı Məhkəmə Kompelksində keçirilən məhkəmə iclasında elan edib.
Ağdam rayonunun böyük hissəsinin işğal olunması nəticəsində 100574 nəfər dinc sakin didərgin salınmış, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 31736 ədəd əmlak üzrə 3,7 milyard manatdan artıq maddi ziyan vurulub.
Füzuli rayonunun böyük hissəsinin işğal olunması nəticəsində 83544 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 22635 ədəd əmlak üzrə 3,4 milyard manatdan artıq maddi ziyan vurulub.
Cəbrayıl şəhəri, Xələfli, Xudafərin, Qumlaq, Mahmudlu qəsəbələri və 92 kənddən ibarət Cəbrayıl rayonunun işğal olunması nəticəsində 52141 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 15206 ədəd əmlak üzrə 2,1 milyard manatdan artıq maddi ziyan vurulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 08 Fevral 2025 00:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















