Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Ağdam müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur

Ağdam müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“2020-ci il sentyabrın 27-də başlanan 44 günlük İkinci Qarabağ müharibəsi ölkəmizin parlaq Qələbəsi ilə başa çatdı. Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, Ermənistan silahlı qüvvələri Ağdam rayonunun işğal altında olan hissəsini boşaltmağa məcbur oldu.

2020-ci il noyabrın 20-də Azərbaycan Silahlı Qüvvələri heç bir itki vermədən, bir güllə belə atmadan Ağdam şəhərinə daxil oldu. Bu hadisə döyüş meydanında qazanılan hərbi üstünlüyün siyasi-diplomatik müstəvidə məntiqi davamı kimi tarixə yazıldı. 2020-ci il noyabr ayının 23-də dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində oldular. Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdamda Azərbaycanın üçrəngli Bayrağını qaldırdı. Sonra dövlətimizin başçısı və birinci xanım Ağdam məscidini ziyarət etdilər. Prezident İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı. Ağdam məscidinin qarşısında çıxış edən cənab İlham Əliyev bu çağırışı etmişdir ki, bu gün mən buradayam, Ağdam şəhərindəyəm. Ağdam məscidini ziyarət etmişəm, Azərbaycan Dövlət Bayrağını qaldırmışam. Biz Ağdama qayıtmışıq. Ağdamlılar bu günü uzun illər ərzində səbirsizliklə gözləyiblər. Həm işğal, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə gözləyirdilər ki, Ağdam işğaldan nə vaxt azad ediləcək. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. İşğal olunmuş torpaqları düşməndən azad etdik. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin”.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, tarixən Qarabağın iqtisadi, mədəni və sənaye mərkəzlərindən biri olan Ağdam 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi: “42 gün davam edən ağır döyüşlər nəticəsində rayon ərazisinin 73 faizi, o cümlədən Ağdam şəhəri və 90 kənd işğal olunmuş, 128 min sakin məcburi köçkün həyatı yaşamağa məcbur edilmişdi. 27 illik işğal dövründə Ağdam görünməmiş vandalizmə məruz qaldı. Şəhərin bütün infrastrukturu, yaşayış binaları, məktəblər, mədəniyyət ocaqları, məscidlər və qəbiristanlıqlar tamamilə yerlə-yeksan edildi. Məhz dağıntıların miqyasına görə beynəlxalq ekspertlər və jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” və “Ruhlar şəhəri” adlandırırdılar. Ağdam şəhərinin 2022-ci ilin oktyabr ayında Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi etməsi bütün bu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadı. Dövlətimizin başçısı İlham Əliyev 40-dan çox ölkənin nümayəndələrinin qatıldığı Forumdakı çıxışında bildirdi ki, bir zamanlar həyat dolu olan şəhərdən heç nə qalmayıb. Ağdam işğal dövründə dağıdılıb. Əraziləri işğaldan azad etdikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi. Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir. Bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur. Lakin indi biz qayıtmışıq. Biz güc yolu ilə, beynəlxalq hüquq normalarından istifadə edərək burada əbədi yaşamağa geri qayıtdıq”.
Malik Həsənov vurğulayıb ki, bu gün Ağdam tamamilə yeni bir mərhələyə, bərpa və Böyük Qayıdış dövrünə qədəm qoyub: “Dövlətimizin başçısı İlham Əliyev 2021-ci ilin 28 may tarixində Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak etdi, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Prezident İlham Əliyev Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirmişdi ki, bu gün tarixi gündür. Çünki bu gün azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənir. Bu əminlik də ifadə edildi ki, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və biz sizinlə bundan sonra Ağdam şəhərində, Ağdam rayonunda çox görüşəcəyik.
Həmin görüşdən ötən beş ildən artıq dövrün reallıqlarına nəzər salsaq qarşıya qoyulan hədəflərə mərhələ-mərhələ nail olunduğunu görərik. Baş planı təsdiqlənən Ağdam “ağıllı şəhər” və müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur. Dövlətimizin başçısı İlham Əliyevin son 6 ildə Ağdama 17 səfəri özündə bütün məqamları ehtiva edir. Hər bir səfər Böyük Qayıdış Proqramının uğurlu icrasına yönələn mühüm addımlarla zəngindir. Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır. Ağdamda geniş tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. İinfrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir. Ağdamın əvvəlki şöhrəti bərpa olunur. Kəngərli, Xıdırlı, Sarıcalı kəndlərinin birinci mərhələlərinin açılışı olub. Qiyaslı, Salahlı Kəngərli, Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şoltanlı, Eyvazxanbəyli kəndlərinin isə təməli qoyulub”.
Millət vəkili bildirib ki, Ağdamda həyata keçirilən bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir: “Bərdə-Ağdam avtomobil və dəmir yolu xətləri, eləcə də Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi regionun nəqliyyat qovşağına çevrilməsinə zəmin yaradır. Ağdam Sənaye Parkının yaradılması və burada müxtəlif istehsal müəssisələrinin fəaliyyətə başlaması bölgənin iqtisadi potensialını yenidən canlandırır. Ağdam Muğam Mərkəzinin açılışı, tarixi-dini abidələrin bərpası şəhərin qədim ruhunu özünə qaytarır. Yeni yaşayış kompleksləri, Kəngərli, Sarıcalı, Xıdırlı kimi kəndlərin bərpası keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin edir. Ağdam keçmiş məcburi köçkünlərin qayıtdığı 10 şəhər sırasındadır. 2026-cı il noyabr ayına olan məlumata əsasən Ağdam şəhərində 1002 ailə olmaqla 3604 nəfər, Xıdırlı kəndində 659 ailə olmaqla 2621 nəfər, Kəngərli kəndində 292 ailə olmaqla 1261 nəfər, Sarıcalı kəndində 193 ailə olmaqla 814 nəfər, ümumilikdə isə 2146 ailə olmaqla 8300 nəfər məskunlaşıb”.
Malik Həsənov qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi Zəfərimizin və böyük dirçəlişin rəmzidir. Bu günlər görülən işlərin təqdimatında əhəmiyyətli rol oynayır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, bir vaxtlar dağıntıları ilə qəlbimizdə dərin kədər doğuran Ağdam indi yenidən Qarabağın incisi kimi dirçəlir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see325

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see303

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see289

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see282

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see268

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see263

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see263

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see259

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see258

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see248

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see243

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see237

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see233

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see233

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see231

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see221

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see219

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see211

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see211

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri