Azərbaycan XİN rəhbəri Türkiyə ilə münasibətlərdən danışdı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“Azərbaycanla Türkiyə arasında münasibətlər iki dost və qardaş xalq arasında olan münasibətlərdir. Hər bir dövlətdə gedən proseslər var, hər bir cəmiyyətin özünün trayektoriyası var. Hətta belə yaxın qardaşlıq münasibətləri də onu istisna etmir ki, hansısa cəmiyyətdə, başqa ölkədə gedən proseslərə dair fərqli fikirlər irəli sürülsün”.
“Qafqazinfo” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadefulla birgə mətbuat konfransında “DW”nin jurnalisti Roman Qonçarenkonun Azərbaycanla Türkiyə arasında son dövrlər yaşanan gərginliyə dair sualına cavabında deyib.
Onun sözlərinə görə, Azərbaycanın bununla bağlı yanaşması və mövqeyi çox aydındır. Ondan ibarətdir ki, ölkənin öz inkişaf modeli mövcuddur və ona uyğun irəliləyir: “Hesab edirik ki, iki ölkə arasında münasibətlər indi də hər zaman olduğu kimi möhkəmdir və daha da möhkəm olacaq. Bunun ən aydın cavabı bu yaxınlarda - 8 Noyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda Zəfər Gününə dair tədbirlərə qatılaraq Prezident İlham Əliyevlə birgə dünyaya verdiyi mesajlardır”.
Günel İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 18 Noyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















