Icma.az
close
up
RU
Ağdam Sənaye Parkından Böyük Britaniyaya ilk məhsul ixrac olunub

Ağdam Sənaye Parkından Böyük Britaniyaya ilk məhsul ixrac olunub

Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Bu ilin noyabrında “Almet Holding” ASC-nin Ağdam Sənaye Parkındakı metal məmulatları istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Müəssisədə istehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur. Artıq Böyük Britaniyaya ilk məhsul ixracına başlanılıb. Zavodda istehsal olunan metal məftil İngiltərəyə yola salınıb.

Banco.az xəbər verir ki, “Almet Holding”in sədr müavini Vidadi Calalov bildirib ki, “Almet ASMC” metal məmulatları zavodunda polad həsir, çəkilmiş, yanmış və tikanlı məftil, mismar və soyuq deformasiya olunmuş armaturlar istehsal edilir. Zavodun avadanlıqları İtaliya, Almaniya, Türkiyə və Çində tanınmış istehsalçılardan alınıb. Zavodda bu sahənin ən yaxşı laboratoriyası qurulub. Xammal zavoda sertifikatla daxil olur və laboratoriyada yoxlanır. Hazır məhsul müvafiq sınaqlardan keçirilir.

Vidadi Calalov istehsalın əsas hədəflərindən danışaraq deyib: “Hədəfimiz sadədir - Ağdam istehsal olunan məhsul daxili bazara idxal olunan məhsuldan geri qalmamalı, İngiltərəyə ixrac olunan məhsul isə oradakı standartlara tam cavab verməlidir. Bizim üçün “Azərbaycanda istehsal olunub” yazısı keyfiyyət deməkdir. Bu adı qorumaq bizim borcumuzdur. Hazırda məhsul TIR-a yüklənir. İngiltərəyə ilk gedən məhsullarımızdır. İlk olaraq metal məftil yola salınır. Daha sonra mismar məhsullarının da göndərilməsi nəzərdə tutulur. İngiltərədən başqa digər xarici bazarlara da ixracımız nəzərdə tutulur. Eyni zamanda istehsal etdiyimiz məhsullar daxili bazarda da satılacaq”.

Qeyd edək ki, “ASMC” MMC 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Ümumi dəyəri 24,9 milyon manat olan layihə iki mərhələdə həyata keçirilir. Dəyəri 8,8 milyon manat olan birinci mərhələnin maliyyələşdirilməsində özəl vəsaitlə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən subsidiyalaşdırılan 4,7 milyon manata yaxın bank kreditindən istifadə edilib. İkinci mərhələ üzrə 16,1 milyon manat investisiya nəzərdə tutulur. Bu mərhələdə iki yeni istehsal binası tikiləcək, sinklənmiş və yüksək karbonlu məftil xətləri quraşdırılacaq. Sənaye Parkının rezidenti kimi müəssisə 470 min manat dəyərində əlavə dəyər vergisi (ƏDV) və gömrük rüsumlarından azad olunub.

Təqribən 1,7 hektar ərazidə yerləşən zavodun birinci mərhələdə illik istehsal gücü 4 min 920 ton polad həsir, 3 min 480 ton çəkilmiş məftil, 3 min 180 ton mismar, 1800 ton yanmış məftil, 12 min ton məftil və 1080 ton soyuq deformasiya olunmuş armatur təşkil edir. İkinci mərhələdə isə illik 10 min ton qalvanikləşdirilmiş və 8 min 240 ton yüksəkkarbonlu çəkilmiş məftil istehsalı planlaşdırılır.

Müəssisənin istehsal etdiyi polad həsir, məftil və mismar azad olunmuş ərazilərdə aparılan tikinti-bərpa işlərində geniş istifadə edilən materiallardır. Bu məhsulların bölgədə istehsalı tikinti layihələrinin materialla yerindən təminatına və daşınma xərclərinin azalmasına imkan yaradır.

Hazırda zavodda 41 nəfər çalışır. Müəssisə tam gücü ilə işə düşəndən sonra daimi iş yerlərinin sayı 100-ə çatdırılacaq.

1 / 3

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://banco.az
archiveBu xəbər 25 Noyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see286

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see280

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see273

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see266

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see257

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see255

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see247

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see242

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see239

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see238

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see223

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see221

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see217

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see212

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see212

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see211

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see210

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see203

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri