Icma.az
close
up
RU
Qadın xəyanətə görə ərinə xəsarət yetirdi TƏFƏRRÜAT

Qadın xəyanətə görə ərinə xəsarət yetirdi TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sumqayıt şəhərində 1972-ci il təvəllüdlü Ləman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Tahirə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ləman həyat yoldaşı Tahir ilə arasında ailə məişət zəminində baş verən mübahisə zamanı əli ilə onun bədəninə zərbələr vurub. Dırnaqlarının uc hissəsi ilə sinəsinin sol hissəsindən və qolundan xəsarət yetirib. 
Hadisəni törədən Ləmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ləman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Tahir ilə 15 il olar evlidir, bu münasibətdən 1 oğlan övladları dünyaya gəlib: “Ərim Tahir uzun müddətdir ki, başqa bir xanımla münasibətdə olaraq mənə xəyanət edib. Mütəmadi olaraq evə gec gələn zaman ondan harada olduğunu soruşdum. Tahir yalan danışaraq getdiyi yerləri gizlətdi. Sonuncu dəfə mən Tahirdən nə üçün mənə xəyanət etməsinin səbəbini soruşdum. Tahir mənə xəyanət etdiyini inkar etdi. Buna görə də əsəbləşdim və mətbəx bıçağını götürərək onun üzərinə getdim. Lakin Tahir bıçağı əlimdən aldı. Daha sonra əsəbləşərək Tahirin üzərinə hücum çəkdim və əlim ilə ona zərbələr vurmağa başladım. Dırnaqlarımın uc hissəsi ilə sinəsindən, sol qolundan xəsarət yetirdim. Daha sonra əlim ilə boğazından tutaraq onu boğmağa çalışdım”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hazırda əməlindən peşmandır, aralarında barışıq olub, vurulmuş ziyanı ödəyib. O bildirib ki, zərərçəkmiş Tahirin ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Tahirin sözlərinə görə, təqsirləndirilən Ləman ilə evli olmaqla bir oğlan övladları var: “Təqsirləndirilən Ləman mənim xəyanət etdiyimi dedi, mütəmadi olaraq mənimlə mübahisə edir. Lakin mən ona xəyanət etmirəm. 
Tahir qeyd edib ki, sonuncu dəfə hadisə günü səhər 09:30-da yenə də qısqanclıq zəminində aralarında mübahisə olub və Ləman mətbəxdən bıçaq götürərək onun üzərinə gəlib: “Bu zaman mən bıçağı Ləmanın əlindən aldım. Bu zaman Ləman əli ilə mənə zərbələr vurmağa başladı, dırnaqlarının ucu ilə bədənimin döş nahiyyəsindən və qolumdan mənə xəsarət yetirdi. Daha sonra bizim mübahisələrimiz  bitdikdən sonra Ləmanın əsəbləri sakitləşmədi. Mən evdən həyətə düşmək adı ilə çıxdım. Hazırda Ləman ilə normal münasibətlərimiz davam edir, onunla barışımışam”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Ləmanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Dekabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri