Icma.az
close
up
RU
Ağdamda faciə yaşandı, gözlər İrəvana çevrildi Bakı cavab gözləyir

Ağdamda faciə yaşandı, gözlər İrəvana çevrildi Bakı cavab gözləyir

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ermənistanla sülh danışıqlarının müsbət məcrada davam etdiyi bir zamanda Azərbaycan vətəndaşlarının mina terroruna məruz qalması narahatlıq doğurur.

Azərbaycan Ordusunun kəşfiyyatçısı, “Xanı” ləqəbli Səyyaf Əhmədovun Ağdamda minaya düşərək həlak olması bir daha göstərdi ki, mina problemi təkcə təhlükəsizlik deyil, eyni zamanda humanitar fəlakət olaraq qalmaqdadır.

İrəvan hazırkı sülh prosesi çərçivəsində mina xəritələrini tam şəkildə təqdim edəcəkmi?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov deyib ki, sülh prosesinin kifayət qədər intensiv müstəvidə aparılmasına baxmayaraq, bəzi sahələrdə hələ də problemlər qalmaqdadır:

“Məsələn, mina məsələsi ilə bağlı hələ də tam müsbət addımlar atılmayıb. İşğaldan azad etdiyimiz ərazilərdə aparılan quruculuq işləri və oraya geri dönən əhalinin təhlükəsizliyi üçün minalardan təmizləmə işi həyati əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda verdiyi müsahibələrdə də vurğuladığı kimi, işğal dövründə yerləşdirilmiş minlərlə mina hələ də zərərsizləşdirilməyib. Bu yaxınlarda Azərbaycana səfər etmiş bəzi Avropa İttifaqı rəsmiləri və xarici nümayəndələrin iştirakı ilə keçirilən tədbirlərdə də mina təhlükəsinin nə qədər ciddi problem yaratdığı barədə fikirlər səsləndirildi. Minaların yaratdığı təhlükələr yalnız yerli əhalinin məskunlaşması üçün deyil, o cümlədən, quruculuq işlərinin təhlükəsiz şəraitdə davam etdirilməsinə də əsas maneədir.

O səbəbdən Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb edir. İlk növbədə minalardan təmizləmə işlərinə beynəlxalq tərəfdaşların cəlb olunması vacibdir ki, quruculuq işləri daha sürətlə və təhlükəsiz şəkildə həyata keçirilsin. Bu istiqamətdə müəyyən addımlar atılır: Avropa İttifaqı ilə danışıqlar nəticəsində Azərbaycan üçün minaların təmizlənməsi məqsədilə 23 milyon avro məbləğində dəstək ayrılması qərarlaşdırılıb”.


Azər Allahverənov

Deputat bildirib ki, Azərbaycanın əsas tələb və müraciətlərindən biri də Ermənistanın mina xəritələrini təqdim etməsidir:

“Bu xəritələrin verilməsi minaların daha düzgün və sürətli təmizlənməsinə imkan yaradacaq. Ermənistan tərəfinin siyasi iradə nümayiş etdirərək xəritələri təqdim etməsi həm də regional etibarın bərpasına töhfə olar və humanitar təhlükəsizliyin təmin olunmasına kömək edər.

Minalar uzun müddət ərzində ciddi təhlükə mənbəyi olaraq qalır. Onlar yer dəyişə, eroziya nəticəsində hərəkət edə, beləliklə insanlara və infrastruktur layihələrinə əlavə təhlükə yarada bilər. Azərbaycan artıq minatəmizləmə işləri çərçivəsində yüz minlərlə minanı aşkar edib və partladıb. Lakin hələ də çox sayda mina sahəsi mövcuddur. Buna görə də Ermənistanın xəritələri təqdim etməməsi təəssüf doğurur. Onların təqdim olunması bu faciəvi riskləri xeyli azaltmağa kömək edəcək”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Sentyabr 2025 06:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri