Icma.az
close
up
RU
Dağıdıcı zəlzələdən sonra gözlər Azərbaycana çevrildi

Dağıdıcı zəlzələdən sonra gözlər Azərbaycana çevrildi

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəs Venesuela ilə eyni seysmik qurşaqda yerləşən digər ölkələrdə də güclü zəlzələlər gözlənilirmi? Azərbaycanda seysmik vəziyyət necə qiymətləndirilir və belə bir risk nə dərəcədə realdır?

Ölkə.az xəbər verir ki, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru, seysmoloq Qulam Babayev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:"Bu hadisə digər ölkələrdə, o cümlədən Azərbaycanda yaxın günlərdə və ya aylarda güclü zəlzələnin mütləq baş verəcəyini göstərmir. Dünyada seysmik qurşaqlar çox geniş əraziləri əhatə etsə də, hər bir regionda baş verən güclü zəlzələ başqa regionda analoji hadisəni işə salan proses kimi qiymətləndirilmir. Bu, heç də ardıcıl deyil. Yəni, Venesuelada dağıdıcı zəlzələ baş verdisə, indi Azərbaycanda və ya Türkiyədə də analoji hadisənin olacağı anlamına gəlmir. Belə bir birbaşa bağlantı yoxdur; hər bir seysmik zonanın öz geodinamik xüsusiyyətləri və gərginlik rejimi mövcuddur.

Ümumiyyətlə, 2026-cı il dünyada seysmik və tektonik aktivliyin davam etdiyini göstərir. Azərbaycanda da həmçinin, ilin ilk altı ayını təhlil etsək, seysmik və tektonik şəraitin aktiv olduğunu görərik. Digər ölkələrlə müqayisədə bu aktivlik o dərəcədə intensiv olmasa da, proses davam edir. İntensivliyin nisbətən aşağı olması dərinliklərdə baş verən tektonik-geodinamik proseslərin sürəti ilə bağlıdır".
Seysmoloqun sözlərinə görə, Azərbaycan Alp-Himalay seysmik qurşağının aktiv hissəsində yerləşir və buna görə də ölkəmizdə zəlzələlərin baş verməsi təbii geoloji prosesdir:"Ən yüksək seysmik aktivlik Böyük Qafqazın cənub-şərq yamacı (Şamaxı, İsmayıllı, Qəbələ), Şəki-Zaqatala-Balakən zonası, Talış dağları, Quba-Xaçmaz bölgəsi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorudur. Bu ərazilərdə tarixən dağıdıcı zəlzələlər qeydə alınıb. Hazırda isə Azərbaycanda seysmik vəziyyət adi fon səviyyəsində qiymətləndirilir.

Müasir rəqəmsal seysmik stansiyalar şəbəkəsi vasitəsilə ölkə ərazisində baş verən zəif və orta güclü yeraltı təkanlar Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən fasiləsiz izlənilir. İndiyədək əldə olunan elmi məlumatlar yaxın zamanda ölkədə dağıdıcı zəlzələnin baş verəcəyini göstərən etibarlı əlamətlərin mövcudluğunu deməyə əsas vermir.

Hiss olunan zəlzələlər isə qaçılmazdır və 2026-cı ilin altı ayı da göstərir ki, maqnitudası 4 ilə 5.5 aralığında olan təkanların baş verməsi gözləniləndir".

Seysmoloq vurğulayıb ki, müasir elm zəlzələlərin dəqiq vaxtını, yerini, ocağın dərinliyini və gücünü əvvəlcədən proqnozlaşdıra bilmir:"Bu, qeyri-mümkündür. Alimlər seysmoloji və tektonik amilləri nəzərə alaraq yalnız uzun və ortamüddətli seysmik təhlükəni qiymətləndirə, müəyyən ərazilərdə riskin yüksək olduğunu proqnozlaşdıra və tikinti normalarının buna uyğun tətbiqini tövsiyə edə bilərlər. Amma hadisənin dəqiq zamanını demək mümkün deyil.

Ona görə də Venesuelada baş vermiş faciə Azərbaycanda yaxın vaxtlarda oxşar zəlzələnin mütləq olacağı mənasına gəlmir və bu cür düşüncələr yanlışdır. Bununla belə, seysmik bölgədə yaşadığımız üçün binaların seysmik dayanıqlığının təmin edilməsi, daimi monitorinq sistemlərinin gücləndirilməsi və əhalinin zəlzələ zamanı davranış qaydalarını bilməsi risklərin azaldılmasının əsas şərtləridir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 İyul 2026 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri