Ağdamda keçmiş qayınanasını dişləyən gəlin CƏRİMƏLƏNDİ
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ağdamda qayınanasına xəsarət yetirən qadın saxlanılıb.
Lent.az xəbər verir ki, hadisə Baharlı-2 qəsəbəsində qeydə alınıb.
26 yaşlı Bəsti Əsədova (şərti adla) həmin qəsəbədə yaşayan keçmiş qayınanası, 56 yaşlı Şükufə Əhmədovanın (şərti adla) evinə gələrək uşaqlarını görmək istəyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Şükufə Bəstini döyərək, yerlə sürüyüb. Bəsti də keçmiş qayınanasının başından vuraraq, sinəsində dişləyib.
Faktla bağlı hər iki qadın saxlanılaraq, barələrində müvafiq protokol tərtib olunub.
Onların hər ikisi ifadəsində bir-birindən şikayətçi olduqlarını və qarşı tərəfin cəzalandırılmasını istəyiblər.
Məhkəmənin qərarı ilə keçmiş qayınana və gəlinin hər biri 300 manat məbləğində inzibati qaydada cərimələniblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 30 Oktyabr 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















