Ağdamda məzar qazarkən minaatan mərmisi aşkarladılar
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Ağdam rayonunda məzar qazıntısı aparılarkən döyüş sursatı aşkarlanıb.
"Cebheinfo.az"ın xəbərinə görə, hadisə rayonun Qərvənd kənd qəbiristanlığında qeydə alınıb.
Məlumata görə, kənd sakininin dəfni üçün məzar yeri qazılan zaman torpaq qatından naməlum hərbi sursat aşkar edilib. Bundan sonra əraziyə aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.
Təhlükəsizlik tədbirləri görülərək ərazi nəzarətə götürülüb. Aşkarlanan sursat Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən müvafiq qaydalara uyğun şəkildə ərazidən uzaqlaşdırılıb.
İlkin məlumata əsasən, tapılan sursat 120 millimetrlik minaatan mərmisidir. Bildirilir ki, mərmi Birinci Qarabağ müharibəsi dövründən qalmış döyüş sursatıdır.
Fakt bölgədə keçmiş hərbi əməliyyatların izlərinin hələ də qalmaqda olduğunu göstərir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:210
Bu xəbər 14 İyun 2026 02:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















