Icma.az
close
up
RU
Ağdamdan Kanadaya çəkmə ixracı 3500 cütdən çox sifariş alınıb

Ağdamdan Kanadaya çəkmə ixracı 3500 cütdən çox sifariş alınıb

Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “BAFCO İnvest” MMC xüsusi təyinatlı təhlükəsizlik ayaqqabılarının və poliuretan çəkmələrin istehsalını davam etdirir. Sənaye parkının 2,5 hektar ərazisində fəaliyyət göstərən müəssisədə istehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də tədarük edilir. Şirkət mövcud ixrac coğrafiyasını genişləndirmək, Avropa və Şimali Amerika bazarlarında əməkdaşlıq əlaqələri qurmaq istiqamətində fəaliyyətini davam etdirir.

Müəssisədə Almaniya istehsalı olan “DESMA” avadanlıqlarından istifadə edilir. İstehsal prosesində ayaqqabının altlığı inyeksiya üsulu ilə birləşdirilir. Bu texnologiya məhsulların möhkəmliyini və etibarlılığını təmin etməyə, onların çətin iş şəraitində istifadəsinə imkan verir. Altlıqların hazırlanmasında istifadə olunan poliuretan xammalı Almaniyanın “BASF” şirkətindən tədarük edilir.

Fabrikin illik istehsal gücü 510 min cüt təşkil edir. Bunun 160 min cütü poliuretan çəkmələrin, 350 min cütü isə xüsusi təyinatlı təhlükəsizlik ayaqqabılarının payına düşür.

Müəssisənin istehsal portfelinə müxtəlif təhlükəsizlik tələblərinə uyğun məhsullar daxildir. Poliuretan çəkmələr O4, S4 və S5 təhlükəsizlik sinifləri üzrə istehsal olunur. S4 və S5 modelləri ayaq barmaqlarını zərbələrdən qoruyan xüsusi polad ucluqla təchiz edilib.

Təhlükəsizlik ayaqqabılarının üst hissəsi təbii dəridən, altlığı isə ikiqat poliuretandan hazırlanır. Bu kateqoriyaya daxil olan S1, S1P, S2 və S3 modelləri müxtəlif istehsalat və iş şəraitinin tələblərinə uyğun nəzərdə tutulub.

“BAFCO İnvest” MMC məhsullarını artıq bir sıra xarici bazarlara ixrac edir. Şirkətin ixrac etdiyi ölkələr sırasında Qazaxıstan da yer alır. Bu ölkədə fəaliyyət göstərən üç şirkətlə indiyədək müqavilələr bağlanıb və müxtəlif dövrlərdə məhsul tədarükü həyata keçirilib. Hazırda Qazaxıstandan daxil olan yeni sifarişlər üzrə də əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilir.

Şirkətin ixrac istiqamətlərindən biri də Balkan ölkələridir. Albaniyada fəaliyyət göstərən distribütorla bağlanmış müqavilə əsasında ilkin mərhələdə 1200 cüt məhsulun tədarükü nəzərdə tutulub. Sifarişə təbii dəridən hazırlanmış, poliuretan altlıqlı xüsusi təyinatlı ayaqqabılar və poliuretan çəkmələr daxildir. Məhsullar O4 və S5 təhlükəsizlik siniflərinə aiddir və artıq ixraca hazırdır.

Şirkət Kanada bazarına çıxış istiqamətində də konkret addımlar atıb. Kanada şirkəti ilə bağlanmış müqavilə əsasında 3500 cütdən çox poliuretan çəkmə sifariş edilib. Məhsulların növbəti ay ixracı planlaşdırılır.

Bununla yanaşı, İtaliya şirkəti ilə əməkdaşlıq üzrə müqavilə imzalanması prosesi davam edir. Tərəflər arasında ilkin sifarişlər də daxil olub. Noyabr ayında İtaliyaya “Made in Azerbaijan” əmtəə nişanı altında 1200 cüt poliuretan çəkmənin ixracı nəzərdə tutulur.

Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan da müəssisənin istehsal etdiyi məhsullara maraq göstərilir. Şirkət bu ölkələrin bazarlarında əməkdaşlıq imkanlarını genişləndirməyi hədəfləyir.

“BAFCO İnvest” MMC xarici bazarlarda mövqeyini genişləndirmək və məhsullarını beynəlxalq auditoriyaya tanıtmaq məqsədilə ixtisaslaşmış beynəlxalq sərgilərdə də iştirak edir. Belə tədbirlər potensial tərəfdaşlarla birbaşa əlaqələrin qurulmasına və yeni sifarişlərin əldə olunmasına şərait yaradır. İtaliya şirkəti ilə əməkdaşlıq əlaqələrinin əsası Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Big 5 Dubai” sərgisində qoyulub. Qazaxıstanda təşkil olunan sərgidə iştirak isə həmin ölkənin şirkətləri ilə işgüzar əlaqələrin qurulmasına imkan yaradıb.

Müəssisə beynəlxalq əməkdaşlıq coğrafiyasını genişləndirmək məqsədilə yaxın dövrdə Rusiyanın Moskva, Qazaxıstanın Astana və Almaniyanın Düsseldorf şəhərlərində keçiriləcək ixtisaslaşmış sərgilərdə iştirak etməyi planlaşdırır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Vergilər"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://marja.az
archiveBu xəbər 02 Noyabr 2026 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri