Icma.az
close
up
RU
Ağdamın Zəngişalı kəndində sakinlər susuz qalıblar AÇIQLAMA

Ağdamın Zəngişalı kəndində sakinlər susuz qalıblar AÇIQLAMA

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Ağdam rayonunun Zəngişalı kəndində bir həftədən çoxdur ki, əhali susuz qalıb.

Bununla bağlı kənd sakinləri Oxu.Az-ın redaksiyasına müraciət edərək artezian quyusunun fəaliyyətinin dayanmasından şikayətləniblər. Onların sözlərinə görə, artezian qəsdən yandırılıb və nəticədə təkcə insanlar deyil, mal-qara da susuz qalıb.

Məsələ ilə bağlı Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev Oxu.Az-a açıqlama verib. O bildirib ki, problemin həlli istiqamətində artıq müvafiq addımlar atılıb:

"Elektrik İdarəsi ilə Meliorasiya İdarəsi arasında müəyyən texniki anlaşılmazlıq olub. Gərginliyin artıb-azalması sayğacların yanmasına səbəb ola bilər. Lakin sayğac yanana qədərki elektrik sərfiyyatını Meliorasiya tərəfi qəbul etmirdi. Məsələnin həlli üçün Ağdam Rayon İcra Hakimiyyətinin başçısı rəsmi sərəncam imzalayıb. Meliorasiyanın energetiki, Ekspertiza İdarəsi, müstəqil ekspert və digər mütəxəssislərin iştirakı ilə ərazidə yoxlamalar aparılıb. Gələn həftənin birinci gününədək problem tam həll olunacaq".

A.Əliyev əlavə edib ki, son 20 gündə rayonda fəaliyyət göstərən 1136 subartezian quyusundan yalnız 18-nin sayğacı sıradan çıxıb və onlar mərhələli şəkildə bərpa olunur.

Artezianların qəsdən yandırılması barədə iddialara münasibət bildirən müavin bu məlumatları təkzib edib:

"Heç bir artezian qəsdən yandırılmayıb. Bu, həqiqəti əks etdirməyən iddiadır".

Aləmdə Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 İyul 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri